17-18 yanvar tarixində ölkə ərazisində hava şəraitinin kəskin pisləşəcəyi ilə bağlı aidiyyəti qurumların rəsmi xəbərdarlığı nəzərə alınaraq və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 yanvar tarixli müvafiq sərəncamının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması və ehtiyat tədbirlərinin görülməsi barədə qərar qəbul olunub. Nazirlikdən ONN media -ya verilən məlumata görə, Mədəniyyət naziri Əbülfəs Qarayev bununla bağlı əmr imzalayıb. Sənədə əsasən, yanvarın 17-si və 18-i Mədəniyyət Nazirliyinin tabeliyində olan bütün təhsil müəssisələrində tədris prosesinin dayandırılması və bununla bağlı tədbirlərin təxirə salınması barədə tapşırıq verilib. Həmçinin, nazirliyin regional mədəniyyət idarələri, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və mədəniyyət müəssisələrinin rəhbərlərinə hava şəraitinin kəskin pisləşəcəyi ilə əlaqədar olaraq 2019-cu il yanvarın 17-si və 18-i respublika ərazisində fəaliyyət göstərən bütün mədəniyyət müəssisələrində lazımi ehtiyat tədbirlərinin görülməsini təmin etmək tapşırılıb.
Hava şəraiti ilə əlaqədar Mədəniyyət Nazirliyinin tabeliyindəki müəssisələrdə zəruri tədbirlər görüləcək



Hava ilə əlaqədar yanvarın 17 və 18-də dərs olmayacaq - ƏMR VERİLDİ
Bu idarədə də məktəblər bağlandı
Dərslər bu tarixdə başlayacaq- RƏSMİ
Baş nazirdən bu nazirliklə bağlı MÜHÜM QƏRAR
Təhsillə bağlı Baş nazirdən VACİB QƏRAR
Məktəblər bu tarixdən açılır - QƏRAR VERİLDİ
Prezidentdən Şərqi Zəngəzur və Qarabağla bağlı sərəncam
Mədəniyyət Nazirliyində yeni təyinat
Azərbaycanda təhsillə bağlı QƏRAR VERİLDİ
Bu gündən tədrisin distant təşkilinə başlanıldı
Azərbaycanda yeni mərkəz yaradıldı
İki gün dərsin olmamağı qış tətilinə təsir edəcək?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 