Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ONN media-ya bildirilib ki, yanvarın 17-də respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubovun rəhbərliyi ilə Baş Narkotiklərlə Mübarizə İdarəsində 2018-ci il ərzində görülmüş işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.
Nazir insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, cəmiyyətin mənəvi dəyərlərinə böyük zərbə vuran, bir çox ağır cinayətlərin törədilməsinin əsas səbəblərindən olan narkotiklərin qanunsuz dövriyyəsinə qarşı qətiyyətli mübarizənin əhəmiyyətini qeyd edib, bu mübarizənin dövlət siyasəti olmaqla ölkə başçısının daim nəzarətində olduğunu vurğulayıb.
Sonra Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində hesabat dövründə görülən işlər, əldə olunan nəticələr və xidməti fəaliyyətdə yol verilən nöqsanlar barədə məruzə ilə çıxış edib.
General-polkovnik Ramil Usubov əməliyyat müşavirəsinə yekun vuraraq, görülən işləri ümumən müsbət dəyərləndirib.
Daxili işlər naziri “Narkotiklərlə mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın 2019-cu ilin 16-18 aprel tarixlərində Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamının icrası istiqamətində zəruri tədbirlərin görülməsini də tələb edib, tapşırıq və tövsiyələrini verib.



Nazir yeni rəisi kollektivə təqdim etdi
Vilayət Eyvazovdan Bakı polisinə xüsusi tapşırıq
Ölkəyə narkotik maddələr gətirməyə cəhdlər çoxalıb - Nazir
Nazir polkovniki vəzifədən çıxardı
Vilayət Eyvazov generalın oğlunu işdən çıxardı
Daxili işlər naziri müşavirə keçirib
Ramil Usubovdan yeni təyinat
Vilayət Eyvazovdan yeni TƏYİNAT
DİN-də yeni kadr təyinatı oldu
Saatlıda ƏMƏLİYYAT KEÇİRİLDİ: Həbs edilən var
Ramil Usubovdan yeni TƏYİNATLAR - SİYAHI
Vilayət Eyvazov Prezidentə və Birinci Vitse-prezidentə təşəkkür etdi
Küləkli hava nə vaxta kimi davam edəcək?
Türkiyə İranın parçalanmasının qarşısını aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu? 