Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəisi, polis general-mayoru Mirqafar Seyidov Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun konkret tapşırıq və tövsiyələrini polis əməkdaşlarına çatdırıb. ONN media xəbər verir ki, BŞBPİ-də cari ilin birinci yarısında cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini, əməliyyat-xidməti fəaliyyətinin digər sahələrində görülən işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan geniş əməliyyat müşavirədə çıxış edən M.Seyidov deyib ki, paytaxt polisi bundan sonra da şəhər ərazisində cinayətkarlıqla qətiyyətli mübarizəni əzmlə davam etdirəcək. O, Bakı polisinin sabitliyin, əmin-amanlığın, ictimai asayişin nümunəvi təmini istiqamətində qarşıya qoyulan bütün tapşırıqları və vəzifələri yüksək məsuliyyətlə və peşəkarlıqla yerinə yetirəcəyi barədə Daxili İşlər Nazirliyinin (DİN) rəhbərliyini, şəxsən Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovu əmin edib. Müşavirədə qeyd olunub ki, vətəndаşlаrın ərizə və şikаyətlərinə bахılmаsı, оnlаrın qəbulu işi ciddi nəzarətdə saxlanılmaqla 913 vətəndaş qəbul edilib: "Müraciətlərin 2230 Nаzirliyin və Bаş İdаrənin rəhbərliyi tərəfindən nəzаrətə götürülüb". Məruzə ətrafı çıxışlarda BŞBPİ-nin və rayon polis idarələrinin rəisləri əldə olunan müsbət nəticələrlə yanaşı, əməliyyat-xidməti fəaliyyətdə yol verilən nöqsan və çatışmazlıqları qeyd edərək, onların aradan qaldırılması üçün təsirli tədbirlərin həyata keçiriləcəyinə söz veriblər. Baş İdarə rəisi paytaxtın polis orqanlarının cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsindəki fəaliyyətini ümumən müsbət qiymətləndirib, müxtəlif hüquqpozmaların, o cümlədən insan hüquq və azadlıqlarının pozulması hallarının əvvəlki dövrlə müqayisədə xeyli azaldığını xüsusi vurğulayıb. O, müşavirə iştirakçılarının diqqətini qarşıda duran bir sıra həlli vacib məsələlərə yönəldib, nöqsanların aradan qaldırılması yollarını göstərib.
Vilayət Eyvazovdan Bakı polisinə xüsusi tapşırıq



Mirqafar Seyidov vəzifəsindən azad edildi
Nazir generalı vəzifədən AZAD ETDİ
Daxili işlər naziri müşavirə keçirib
Vilayət Eyvazov generalı yüksək vəzifəyə təyin etdi
Bakı Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsini o icra edəcək
Fizuli Allahverdiyevə YÜKSƏK VƏZİFƏ VERİLDİ
Ramil Usubov generalları təltif etdi — SIYAHI
Vilayət Eyvazovdan yeni təyinat
Vilayət Eyvazov polisləri topladı - İlk dəfə
Azərbaycanda yüksək vəzifəli şəxs İŞDƏN ÇIXARILDI
Ramil Usubovun rəhbərliyi ilə əməliyyat müşavirəsi keçirilib
Vilayət Eyvazovdan YENİ TƏYİNATLAR
Küləkli hava nə vaxta kimi davam edəcək?
Türkiyə İranın parçalanmasının qarşısını aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu? 