ONN İnformasiya Agentliyi

“Eşqi-Nigar”a ictimai baxış olub

“Eşqi-Nigar”a ictimai baxış olub
08 Noyabr 2017 - 22:40

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Koroğlu” dastanının motivləri əsasında hazırlanmış “Eşqi- Nigar” adlı səhnə əsərinə ictimai baxış olub.

ONN media xəbər verir ki, Bakı Yunis Əmrə İnstitutu ilə sənət ocağının birgə layihəsi olan tamaşanın yeni redaksiya müəllifi Amalya Ömərova və quruluşçu rejissoru Ayla Həşimovadır. Səhnə əsərində teatrın aktyorları Zülfiyyə Alhüseynova, Manaf Dadaşov, Aydın Dəmirov, Eyvaz İbrahimov, Ramiq Nəsirov, İlham Əsədov, Anar Seyfullayev, Ramil Məmmədov, Elgün Yəhyayev və Vahid Orucoğlu çıxış ediblər.

Tamaşanın premyerası noyabrın 14-nə nəzərdə tutulur.

İctimai baxışın ardınca teatrda Dövlət Bayrağı Gününə həsr edilən tədbir keçirilib. Teatrın direktoru, Əməkdar İncəsənət Xadimi Mübariz Həmidov Azərbaycan bayrağının yaranma tarixindən danışıb, ona böyük önəm verildiyini vurğulayıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png