ONN media

Ən dadlı xiyar marinadının RESEPTİ

Ən dadlı xiyar marinadının RESEPTİ
02 Oktyabr 2019 - 4:17

Mövsümün ən çox sevilən turşu növlərindən biri də xiyardan hazırlanır. Lakin bu hazırlıq prosesi hər zaman uğurla baş tutmur.

ONN media publika -ya istinadən  evdar xanmlar üçün ən dadlı və fərqli xiyar marinadının reseptini təqdim edir.

Bunun üçün bizə 4 ədəd xiyar, 1 ədəd soğan, 400 ml ağ şərab sirkəsi, 2 xörək qaşığı xardal toxumu, 1 xörək qaşığı duz, 30 qr şəkər tozu və 1/2 çay qaşığı sarıkök lazımdır.

Hazırlanma qaydası:

Xiyarları yuyun və 3-4 mm qalınlığında halqavari doğrayın. Soğanı da yarımhalqa doğrayın. Balaca qazana şərab sirkəsi, sarıkök, duz, xardal toxumu və şəkər tozu töküb zəif ocaqda qaynadın. Qaynayan marinada doğranmış xiyar və soğanları əlavə edib qaynadın. Ocağın altını söndürüb marinadla birgə xiyarları balaca bankalara bölüşdürün. Qapağını bağlayın və kənara soyuması üçün qoyun. Bankaları soyuducuya yerləşdirin.

Nuş olsun!

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png