ONN İnformasiya Agentliyi

Soğanı belə istifadə etmək zərərlidir

Soğanı belə istifadə etmək zərərlidir
03 Aprel 2024 - 18:48

Sağlam qidalar hazırlanarkən edilən bəzi səhvlər qidaların sağlam quruluşunu itirməsinə səbəb olur. Bilinən ən sağlam qidalardan biri olan soğanı yağda qızardaraq bişirmək də bir qədər zərər verir.

ONN media xarici araşdırmalara istinadən xəbər verir ki, soğan, tərkibindəki sağlam komponentlər və vitamin dəyərləri sayəsində bədənimizi qoruyan qidalardan biridir.

Yeməklərə tez-tez istifadə edilən soğanın həm dadından, həm də faydalarından yararlanmaq üçün məhsulu düzgün bişirmək lazımdır.

Bir çox fərqli reseptlərdə istifadə edilən soğanı yağda qızartmaq, əslində çox zərərli istehlak üsuludur.

Soğan istehlakındakı bu səhv müəyyən qədər sağlamlığa zərər verir.

Soğan qovurmağın zərərləri bunlardır:

Soğanda olan təbii antioksidant və qida dəyərlərindən faydalanmaq üçün onları istifadə etməyin ən sağlam yolu çiy halda istehlak etməkdir. Soğanı qovurmaq onun tərkibindəki qida dəyərini zədələyir.

Mütəxəssislərin fikrincə, soğan yağda qızardılan zaman yağ yanır. Bu, kanserogen maddələrin yaranmasına səbəb olur. Bundan əlavə, yüksək temperaturda yağda qızardılanda soğanın tərkibindəki C vitamini yüksək temperaturda məhv olur və itir.

Eyni zamanda, soğanda olan antioksidanlar yüksək temperaturda itə bilər. Bu halların qarşısını almaq üçün soğanı çiy istehlak etmək məsləhət görülür

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png