Toksinlərdən xilas olan qaraciyər ümumi sağlamlığı və zahiri görünüşü yaxşılaşdırır.
ONN media qaraciyərin toksinlərdən təmizlənməsi prosesini sürətləndirən ərzaqların siyahısını təqdim edir.
Su
Təmiz içməli su qaraciyər üçün ən yaxşı köməkçilərdən biridir. Həkimlər günə bir stəkan su içməklə başlamağı və onu eyni tərzdə - su içməklə başa vurmağı məsləhət görürlər. Kifayət miqdarda su orqanizmi kimyəvi maddələrdən və toksinlərdən – onun əsas filtri olan qaraciyərdən keçən bütün komponentlərdən xilas olmağa şərait yaradır. Onların bədəninizdə uzun müddət qalmasının istəmirsinizsə, o zaman su için.
Sarımsaq
Sarımsağın tərkibindəki kükürd birləşmələri qaraciyər fermentlərini aktivləşdirməyə kömək edir, bununla da onun süzgəcdən keçirmə qabiliyyətini gücləndirir. Bundan başqa, sarımsaq allisin və selenlə zəngindir ki, bu maddələr də qaraciyəri zədələnmələrdən qoruyurlar.
Sarıkök
Bu ədviyyatdan istifadə qaraciyər hüceyrələrinin regenerasiyasını stimullaşdırır, həmçinin ödün təbii ifrazını artırır. Bu da toksinlərin bədəndən xaric edilməsi prosesini sürətləndirir.
Limon
İlıq su və limondan ibarət içki – qaraciyəri təmizləmək üçün əla vasitədir. Belə bir məlumat var ki, qaraciyər limonlu suya cavabında daha çox ferment ifraz edir.
Alma
Almanın tərkibində çox güclü flavonoidlər var ki, bunlar da orqanizmdə baş verən iltihab proseslərinə qarşı mübarizə aparmağa qadirdir. Bununla yanaşı, meyvənin tərkibinə orqanizmi arzuolunmaz maddələrin toplanmasından təmizləməyə kömək edən pektin kimi sellüloz daxildir.
Çuğundur
Az qulluq tələb edən bu tərəvəz öd yollarını toksik zədələnmələrdən əla müdafiə edir.
Avokado
Avokadonun tərkibindəki birləşmələr orqanizmi qaraciyər zədələnmələrindən yaxşı müdafiə edir. Xüsusən onlar orqanı zəhərli maddə olan qalaktozaminlə zədələnməkdən müdafiə edirlər.
Keşniş
Bu göyərti orqanizmdən ağır metalları kənarlaşdırmaq xassəsinə malikdir. Ağır metalların təsirindən qaraciyərdə ciddi zədələr əmələ gəlir



Dərmandan daha yaxşı təsir edən 4 sağlamlıq qaydası
Qaraciyərə faydalı olan 12 əsas qida
Sarımsağın faydaları
Qaraciyər əslində belə bişirilməlidir – DÜZGÜN QAYDASI
Qaraciyərin sağlamlığını yaxşılaşdırmaq üçün SADƏ VƏ FAYDALI RESEPT
Qaraciyər əslində belə bişirilməlidir – DÜZGÜN QAYDASI
Ballı suyun faydaları
İnsanın sağlamlığını təmin edən 3 MÖCÜZƏVİ BİTKİ
Möcüzəvi içki - İnsanı cavan saxlayır
Sadə hazırlanan bu içki bədəndəki toksinləri yox edir
Ağ tutun inanılmaz 10 faydası - Hər gün 100 qram yeyilsə...
Qaraciyərin toksinlərlə dolu olduğunu bildirən ƏLAMƏTLƏR
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 