Zaman-zaman əksər qadınlar düşünür ki, mətbəxdə bu gün hansı yeməyi bişirim? Həm asan olsun, həm də ləzzətli.
ONN media verdiyi bu reseptlə siz həm sadə üsulla yemək bişirəcəksiniz, həm də süfrələrinizi dadlı bir yeməklə bəzəyəcəksiniz.
Çuğundurlu rulet
Xəmiri üçün:
250 ml süd
50 q kərə yağı
1 çay qaşığı maya
485 q un
Bir çimdik duz
2 yumurta
Dolğusu üçün:
2 dəstə çuğundur
2 yemək qaşığı fıstıq
1 stəkan qurudulmuş pomidor
6 diş sarımsaq
1 dəstə cəfəri
2 stəkan doğranmış pendir
Duz
Qara bibər
Üzəri üçün 3-4 qaşıq zeytun yağı
Hazırlanması:
Xəmir üçün olan vəsaitlər geniş bir qabda yoğrulur. Nəm bir parça ilə örtülür və 40 dəqiqə gözlədilir. Mayalanan xəmiri yüngül unlanmış dəzgah üzərinə götürərək bir oxlov köməyi ilə incə yayın. Üzərinə bütün xəmiri örtəcək şəkildə yüngül qaynadıb damarlarını kəsdiyiniz çuğundur yarpaqlarını yerləşdirin. Fıstıqları az yağda qovurun. Dolğusu üçün incə doğradığınız qurudulmuş pomidor, əzdiyiniz sarımsaq, incə doğradığınız cəfərini bir qaba yığın və oraya fıstıqları da əlavə edib duz istiot vurun. Bu qarışımı çuğundur yarpaqlarının üzərinə yayıb xəmiri rulet formasında bükün və onu 2 sm qalınlığında parçalar kəsin. Aralarında boşluq olmaması üçün oval bir ocaq qabına qoyun. Üzərinə zeytun yağı sürtün. Əvvəlcədən qızdırılmış 200 dərəcə ocaqda 40-45 dəqiqə bişirin. İsti şəkildə servis edin.
Nuş olsun



Evdə hazırlanan sadə lahmacun - RESEPTİ
İtalyan pizzası resepti
Evdə pizza hazırlamağın SADƏ ÜSULU
Evdə hazırlanan lahmacun - RESEPTİ
Pizza tortunun hazırlanması
Evdə sadə üsulla hazırlanan PİZZA
Sadə pizzanın hazırlanma QAYDASI
Pizza tortu necə hazırlanır?
Lahmacun RESEPTİ
Ev Şəraitində Çox Dadlı, Yumşaq və Asan - PİZZA RESEPTİ
Sobada manqal keyfi: Toyuq kababı resepti
Sobada siqara börəyi necə hazırlanır? - RESEPT
"Qarabağ" Avropadan qapıçı TRANSFER EDİR: 500 min avro xərcləyəcək
Heydər Əliyev prospektində qəza sıxlığa səbəb oldu
Geyimlər niyə tez sıradan çıxır? - Ekspert
Bu qidaları bir yerdə yemək olmazmış...
Sabah 32 dərəcə isti olacaq
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi 