Azərbaycanda Ramazan bir neçə gündür ki, davam edir. Ən az 16 saat oruclu olduğunuz üçün düzgün qidalanma mütləqdir:
ONN media axsam.az -a istinadən sizə iftar üçün hazırlaya biləcəyiniz bir neçə təamı təqdim edir:
Börək
Tərkibi:
4 yuxa
Sous üçün:
0,5 st. bitki yatı
0,5 st. qatıq
İç üçün:
4 ədəd suda bişmiş kartof
150 q sosis (sucuk)
1 st. sürtgəcdən keçirilmiş holland pendiri
0,5 dəstə cəfəri
1 ç.q. pul bibər
duz
Üzəri üçün:
Yumurta sarısı
Çörəkotu
Hazırlanması:
Bişmiş kartofu və sosisləri sürtgəcdən keçirib bir qaba yığın. İç üçün olan digər ərzaqlarla qarışdırın. Əgər çox quru alınırsa, azacıq bitki yağı əlavə edin. Sous üçün bitki yağı ilə qatığı yaxşıca çalın. Yuxanı taxtanın üstünə sərin, üzərinə sous çəkin. İkinci yuxanı üstünə sərib onun da üzərinə sous çəkin. Bunları diaqonal üzrə iki yerə bölün. Üçbucaqların gen tərəfinə iç qoyun, rulet kimi bükün, sonra isə bir başından tutub içəriyə doğru spiral kimi qatlayaraq gül şəkli verin. Yağlanmış siniyə düzün. Artıq qalan sousun içinə 1 yumurtanın sarısını əlavə edin, çalın, börəklərin üstünə çəkin. Çörəkotunu səpin. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada bişirin.
Şorba
Tərkibi:
1 fincan düyü
2 ədəd limon suyu
1 stəkan un
2 çömçə qatıq
4 ədəd kartof
1 yemək qaşığı nanə
3 çay qaşığı duz
1 ədəd yumurta
2 yemək qaşığı marqarin
8 su stəkanı sümük suyu və ya su
Hazırlanması:
Sümük suyunu və ya suyu qaynadın. Yuyulmuş düyünü əlavə edib, bişirin. Un, limon suyu, qatıq və yumurtanın sarısını az miqdarda su əlavə edərək çırpın. Qaynamaqda olan suya yavaş-yavaş əlavə edərək, davamlı qarışdırın. Özünə gələnə kimi bişirin. Əridilmiş 2 yemək qaşığı marqarini nanə ilə qızardıb, şorbanın üzərinə səpin. Kiçik kublar halında doğranmış kartofları duru yağda qızardıb, süzün və şorbaya əlavə edin. Duz əlavə edib, ocaqdan alın.
Bananlı rulon keks
Tərkibi:
1 paket kakaolu peçenye
1 yemək qaşığı kakao
100 qr kərə yağı
1 stəkan süd
2 ədəd banan
1 paket krem şanti
Hazırlanması:
Peçenyeləri toz halına gətirin. Dərin bir qabdakı peçenyelərin üzərinə süd, kakao və əritdiyiniz kərə yağını əlavə edin. Yoğurduqdan sonra kənara qoyun və krem şantini hazırlamağa başlayın. Yağlı kağızın üzərinə peçenyeli xəmiri yayın və biraz açın və üzərinə bir ədəd də yağlı kağız sərin. Oxlov vasitəsilə çox nazik olmayacaq şəkildə açın, çox nazik açdığınız halda rulon halına salanda çətinlik yarana bilər. Açdığınız peçenyelərin üzərindən yağlı kağızı gütürüb, krem şantini yayın. Peçenyelərin uc hissəsinə bananları düzün. Həmin uc hissədən başlayaraq altdakı yağlı kağız vasitəsilə rulon halına gətirin. Soyuducuda 1 saat saxladıqdan sonra dilimləyib, servis edə bilərsiniz.



Belə lahmacun yeməmisiniz - FƏRQLİ DAD
Sobada siqara börəyi necə hazırlanır? - RESEPT
Kababı bu dəfə yuxa ilə hazırlayın – RESEPT
Mimoza salatının hazırlanma QAYDASI
Almalı-qozlu paxlava necə hazırlanır? - RESEPT
Sezar salatı resepti
Qış şorbasının hazırlanma QAYDASI
Tavada dadlı kartof pizzası necə hazırlanır? - QAYDASI
Çiyələklə biskvitli rulet resepti
Midye börək resepti
Yağlı yemək sevməyənlər üçün soba peraşkisi
Toyuqlu sezar salatı belə hazırlanır
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 