Tərkibi:
Toyuğun döş əti – 200 qr.
Çerri pomidoru – 100 qr. (1 ədəd adi pomidorla əvəz etmək olar)
Parmezan pendiri – 50 qr.
kahı – 1 dəstə (Romen sortu olsa daha yaxşı olar)
ağ baton çörəyi – 0,5 ədəd
sarımsaq – 1 diş
zeytun yağı
duz, istiot
Sousa lazımdır:
yumurta sarısı – 2 ədəd
zeytun yağı – 100 ml.
limon şirəsi – 3 x.q.
sarımsaq – 1-2 diş
xardal – 1-2 ç.q.
duz.
Hazırlanması:
Öncə sarımsaqlı suxarıları hazırlayın: bir diş sarımsağı təmizləyib bıçaqla əzin. Kiçik qaba qoyub üzərinə 2 x.q. zeytun yağı əlavə edin. 20-40 dəqiqə mikrodalğalı sobaya qoyun. Nəticədə yağ və sarımsaq qızacaq və sarımsaq öz ətrini yağa verəcək.
Batonun qabığını kəsib çörəyi kiçik dördbucaqlar formasında doğrayın. Formaya bərabər yayıb üzərinə sarımsaqlı yağı çiləyin. 150 dərəcə qızdırılmış sobada 20-40 dəqiqə, azca qızarana kimi bişirin. Hazır suxarıları soyudun.
Sousu hazırlayın:
Yumurtanı qaynara düşdükdən sonra 5 dəqiqə qaynadın. Soyudub soyun. Yumurta sarısını, xardal və sarımsaqəzəndən keçirilmiş sarımsağı yaxşıca qarışdırın. Limon şirəsi, azca duz əlavə edib qarışdırın. Qarışdıra-qarışdıra tədricən zeytun yağı tökün. Bu mərhələdə sous tam qarışmaya bilər, belə olduqda bir müddət saxlayın.
Toyuğun döş ətini uzununa iki nazik dilimə bölün. Duzlayıb istiotlayın.
Tavada təxminən 1 x.q. zeytun yağı qızdırın.
Orta alovda toyuğun hər üzünü 4-5 dəqiqə qızardın.
Sousu çəngəllə yaxşıca çalın ki, bütün ərazaqlar tam qarışsın.
Salatı düzəldin:
Kahını yuyun, qurudub əlinizlə doğrayıb boşqaba tökün.
Üzərinə sarımsaqlı suxarıları və dilimlənmiş toyuğu tökün.
Parmezan pendirini tərəvəz bıçağı ilə nazik dilimləyib salata qatın. Sous tökün.
Sonda Çerri pomidorlarını 4 yerə bölüb salata əlavə edin.
Toyuqlu “Sezar” salatı hazırlanan kimi süfrəyə verilir.
Nuş olsun!



Toyuqlu sezar salatı belə hazırlanır
"SEZAR" salatı resepti - Video
Qıymalı badımcanlı kabak yeməyi resepti
Pendir və mayonezlə balıq sobada resepti
Qış şorbasının hazırlanma QAYDASI
İftar süfrəsi üçün reseptlər
Kartof dolması hazırlanması
Sobada çizkeyk resepti
Sobada siqara börəyi necə hazırlanır? - RESEPT
Balıq şorbası resepti
Dadlı omlet hazırlamağın 4 sirri
Almalı-qozlu paxlava necə hazırlanır? - RESEPT
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 