Meyvə və şirniyyatı hər birimiz çox sevirik. ONN media -ın bu dəfə verəcəyi meyvəli beze tortunda siz sevdiyimiz hər iki şeyə eyni anda qovuşacaqsınız.
Vəsaitlər:
5 ədəd yumurta ağı
1 stəkan şəkər tozu
1 çay qaşığı vanil
1 çay qaşığı alma sirkəsi
1 çay qaşığı qarğıdalı nişastası
Kremi üçün:
200 ml qaymaq
3 xörək qaşığı pudra şəkəri
Hazırlanması:
Sobanı 180 dərəcədə qızdırın. Yumurta ağlarını dərin bir qabın içinə qırın və mikserlə tamamilə köpənə qədər çırpın. Şəkər tozunu yumurta ağının içinə tökərək çırpmağa davam edin.
Sonra nişasta və sirkəni də əlavə edib bir az daha çırpın.
Alınan qarışımı soba qabının içinə, altına yağlı kağız sərərək tökün. Tökülən yumurta ağlarının hündürlüyü yarım barmaq olmalıdır.
Onu sobada 40 dəqiqə bişirin.
Kremi üçün pudra şəkəri və qaymağı çırpın.
Üzərinə qoyacağınız meyvələri hazırlayın.
Keksin üzərinə kremi tökün və meyvələri düzüb servis edin.
Nuş olsun!



Meyvəli beze tortu - RESEPT
Ləzzətli meşə tortu - RESEPT
Ləzzətli meşə tortu - RESEPT
Tiramisu belə bişirilir – HAZIRLANMA QAYDASI
Asan hazırlanan çiyələkli tart – RESEPT
Asan hazırlanan çiyələkli tart – RESEPT
Bananlı rulet bişirmək istəyənlər üçün RESEPT
10 dəqiqədə şokoladlı tart keksi resepti
Yumurta şirniyyatı resepti
Ən asan və dadlı keks resepti
Kakaolu pəhriz keksi resepti
Şokoladlı yaş keks resepti
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 