Adətən çay süfrələrində ağız dadımızın alışdığı şirniyyatlardan istifadə etməyi çox sevirik.
Amma ONN media bu dəfə sizə italiyan mətbəxinin ən ləzzətli şirniyyatlarından olan tiramisunun reseptini təqdim edir.
Ərzaqlar:
1 paket hazır keks (iki qatlı)
1 stəkan isti su
1 xörək qaşığı qəhvə
1 çay qaşığı şəkər tozu
Kremi üçün:
200 qram labne pendiri
2 stəkan süd
5 xörək qaşığı şəkər tozu
3 xörək qaşığı un
1 ədəd yumurta sarısı
Üzəri üçün:
2 xörək qaşığı kakao
Hazırlanması:
Əvvəlcə kremi hazırlayın. Şəkər tozu, süd, un və yumurta sarısını bir qazanın içinə töküb ocağın üzərinə qoyun. Orta odda dayanmadan qarışdıraraq, qatılaşana qədər bişirin. Kremi soyumağa qoyun. Soyuyandan sonra içinə labne pendirini qatıb mikserlə çırpın.
Keksi islatmaq üçün isti su, qəhvə və şəkər tozunu bir qabda qarışdırın. Servis boşqabına keksin bir qatını yerləşdirin. Qəhvə qarışımının yarısı ilə keksi isladın və üzərinə kremi yayın.
Keksin digər qatını da qəhvə qarışımı ilə isladın və çevirərək kremli qatın üzərinə qoyun. Qalan kremi tiramisunun üzərinə sürtün. Son olaraq kakaonu səpin. Soyuducuda 1-2 saat saxladıqdan sonra servis edə bilərsiniz.
Nuş olsun!



Ləzzətli meşə tortu - RESEPT
Ləzzətli meşə tortu - RESEPT
Bananlı rulet bişirmək istəyənlər üçün RESEPT
Siroplu tortun hazırlanma qaydası
Ən asan və dadlı keks resepti
Meyvəli beze tortu - HAZIRLANMA QAYDASI
10 dəqiqədə şokoladlı tart keksi resepti
Meyvəli beze tortu - RESEPT
Limonlu tartın HAZIRLANMA QAYDASI
Ağızda dağılan duzlu peçenye
Limonlu tartın HAZIRLANMA QAYDASI
Gavalılı pambıq keks resepti
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 