Alimlər yağda qızardılmış qidaları nadir hallarda istehlak etməyi tövsiyə edirlər. Qızardılma zamanı ziyanlı maddələr (aldegid və s.) ifraz olunur ki, onlar ürək-damar sistemi xəstəliklərinin və xərçəngin riskini artırır. Bu hal istənilən yağdan (bitki, kərə və s.) istifadə etdikdə baş verir.
ONN media xəbər verir ki, 2015-ci ildə fransız alimlər xüsusi araşdırma aparıblar. Onlar müxtəlif yağlarda qızdırılma zamanı ifraz olunan ziyanlı maddələrin miqdarını təyin edirdilər. Məlum olub ki, bu mənada ən ziyansız zeytun və kərə yağlarıdır. Lakin hər bir halda bu yağlarda da qızardanda kanserogen maddələr əmələ gəlir.
Qızartma üçün ən ziyanlı isə günəbaxan və qarğıdalı yağlarıdır. Mütəxəssislər onları yalnız hazır qida və salatlara əlavə etməyi tövsiyə edirlər.
Qızardılma prosesini daha ziyansız etmək üçün sizə alimlərin bəzi tövsiyələrini təqdim edirik:
- Qızardılma zamanı mümkün qədər az yağdan istifadə etmək.
- Eyni yağda bir neçə dəfə qızartmamaq.
- Çox qızartmamaq.
- Toyuq, kotlet, kartof və s. qızartdıqdan sonra kağız dəsmalın üzərinə qoymaq ki, artıq qalan yağ dəsmala hopulsun.



Hansı yağda qızartmaq daha faydalıdır?
Ürək üçün ən ziyanlı QİDALAR bunlardır
Qızardılmış yeməklərin ziyanı nədir?
Kartofun bu faydasını biləndən sonra hər gün yeyəcəksiniz
Qarğıdalını kərə yağı ilə yeyin! Sağlamlığa faydaları
Ən təhlükəsiz bitki yağları MƏLUM OLDU
Soğanı belə istifadə etmək zərərlidir
Meyvə şirələri həyatı qısaldır?
Ən təhlükəli məişət əşyaları. Onlardan hər gün istifadə edirik!
Ürəyi qoruyan ən yaxşı vasitə
Ürək xəstəlikləri və insult riskini azaldan QƏHVƏ – Alimlər arasında ÇAXNAŞMA
Qreypfrutun bilmədiyiniz ZİYANI
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 