ONN İnformasiya Agentliyi

Ev şəraitində hazırlanan orijinal tiramisu resepti

Ev  şəraitində hazırlanan orijinal tiramisu resepti
03 Aprel 2020 - 3:47

ONN media oxucularına ev  şəraitində hazırlanan orijinal tiramisu reseptini təqdim edir.

Tərkibi:
500 qr mascarpone
5 ədəd yumurta
100 qr şəkər pudrası
200 qr qaymaq
Lady finger və ya Vichenzy peçenyası
1 stəkan ev şəraitində hazırlanmış kofe içkisi

Hazırlanması:
Yumurtanın ağı və sarısını bir-birindən ayırırıq
500 qr mascarpone, 5 ədəd yumurta sarısı, 100 qr şəkər pudrasını mikserlə qarışdırııq 5 ədəd yumurta ağı ayrı bir qabda mikserlə köpükləndirilir
200 qr qaymaq da digər bir qabda mikserlə çırpılır.
Alınan 3 məhlul bir-birinin üzərinə əlavə olunur və əl ilə yavaş-yavaş qarışdırılır. Son məhlul soyuducuya yerləşdirilir.
Daha sonra Lady finger və ya Vichenzy peçenyası 1 stəkan ev şəraitində hazırlanmış kofe içkisində isladılır.
Soyuducudan çıxarılmış məhlulu viski stəkana yarıya qədər doldururuq, daha sonra kofedə islanmış peçenyanı stəkana qoyuruq, daha sonra isə stəkanda qalan boşluğu qalan məhlul ilə doldururuq
Servis zamanı stəkanın üzərinə kakao tozu əlavə edərək hər stəkanın üzərinə 1 ədəd çiyələk əlavə etmək olar.

Nuş olsun!

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png