ONN İnformasiya Agentliyi

İki rəngli qurabiyə

İki rəngli qurabiyə
31 Yanvar 2018 - 12:35

           ONN media oxucularına qurabiyə şirniyyatının hazırlanmasını təqdim edir.

              Ərzaqlar

  • 3 Yumurta,
  • 250 gr margarın (1 paket)
  • 1 st. şəkər tozu (kirşanı da olar)
  • 1 x/q dan biraz çox kakao
  • 1 paket qabartma tozu
  • 3-3.5 st un (“kulak memesi” yumşaqlığında xəmir alınanacan)

 

            Hazırlanması

  1. 2 Yumurtanın sarısını və 1 yumurtanın ağını, şəkər tozunu yaxşı qarışdırırıq, pesok tamam əriyir.
  2. Margarini əridib qaba qatırıq və qarışdırmağa davam edirik.
  3. Unu və qabartma tozunu ələkdən keçiririk, yavaş-yavaş hazırladığımız qarışığa əlavə etdikcə yoğururuq, yumşaq xəmir alınır.
  4. Xəmiri bərabər iki hissəyə ayırırıq, bir hissəsinə kakao qatıb yoğururuq.
  5. Sadə xəmiri oxlovla açırıq, kakaolu xəmiri də eyni qalınlıqda(orta qalınlıqda olmalıdırlar, nazik yox) açıb üst-üstə qoyub bir dəfə üstündən oxlov gəzdiririk.
  6. Xəmiri rulet formasında bükürük.
  7. Rulet çox qalın olmamalıdır.
  8. 35-40 dəq. ruleti soyuducuda saxlayın.
  9. Sonra bıçaqla 1 barmaq qalınlığında ruleti dilimləyin
  10. .Sobanı biraz əvvəlcədən 180dərəcədə isitmək lazımdır ki, yayılmasın qurabiyələr.
  11. Təxminən 10 dəqiqə bişirin.
ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png