ONN İnformasiya Agentliyi

“Ulduz müharibələri” filmindən yemək reseptləri kitabı bu ayda işıq üzü görəcək

“Ulduz müharibələri” filmindən yemək reseptləri kitabı bu ayda işıq üzü görəcək
09 Avqust 2019 - 2:40

“Ulduz müharibələri” filmindən yemək reseptləri əsasında kulinariya kitabı 2019-cu ilin noyabrında çapdan çıxacaq.

Kitab “Ulduz müharibələri: Gücün oyanması” filmindən Strono Taqqs adlı baş aşpazın adından yazılıb. Bu barədə məlumat “Insight Editions” nəşriyyatının saytında yerləşdirilib.

“The Hollywood Reporter” yazır ki, reseptlər toplusu “Ulduz müharibələri: Gücün oyanması” (2015-ci il) filmində Maz Kanatı qəsrinin (Takodana planeti) baş aşpazı Strono Taqqs adından təqdim edilib. Kitab üzərində Çelsi Monro-Kassel (“Taxt-tac oyunları”nın rəsmi kulinariya kitabının – “Buz və Alovun ziyafəti”nin həmmüəllifi) və “Marvel” ilə əməkdaşlıq edən komikslər müəllifi Mark Sumerak çalışıblar.

176 səhifədən ibarət kitabın çapdan çıxması noyabrın 5-nə planlaşdırılıb (Azərtac).

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png