ONN İnformasiya Agentliyi

“Bizi bütün dünyada biabır edən toy modelini ortadan çıxarmalıydıq” – Sosioloqdan haqlı irad

“Bizi bütün dünyada biabır edən toy modelini ortadan çıxarmalıydıq” – Sosioloqdan haqlı irad
23 İyun 2021 - 18:03

“Toylara icazə verilməsinin özü çox yaxşı haldır, çünki insanlar var idi ki, nişanlı idi, toylarını edə bilmirdilər və hətta buna görə yollarını ayırırdılar. Amma bu yarımçıq qərardı”. 

ONN media bildirir ki, bunu Moderator.az-a açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu deyib. Sosioloq toyların keçirilməsiylə bağlı qəbul edilən yeni qaydaların yarımçıq olduğunu bildirib: 

“Toylara icazə verilməsinin özü çox yaxşı haldır, çünki insanlar var idi ki, nişanlı idi, toylarını edə bilmirdilər və hətta buna görə yollarını ayırırdılar. Amma bu yarımçıq qərardı. Bu şəkildə toylara icazə verilməsiylə bağlı qaydalar bu şəkildə hazırlanmalı deyildi. İndiki toylar böyük bir sosial bəladır. Yenə də köhnə modellə toy keçirilməsinə icazə verildi. Bundan şadlıq sarayları sui-istifadə edib qiymətləri qaldıracaqlar. Belə olmaz axı. Adam stolun birinə100 manat pul ödəyib toy edir, amma toydan sonra ordan evinə heç nə gətirə bilmir. Bu birbaşa talançılıqdı, quldurluqdu. Biz bu cür toya necə icazə verə bilərik. Koronavirusdan istifadə edərək bizi bütün dünyada biabır edən toy modelini ortadan çıxarmalıydıq. Bizim ölkəmizə qonaq gələn əcnəbilər də çəkilən xərclərdən dəhşətə gəlirlər. İndi yenə həmin talançı toyların keçirilməsinə rəvac verdilər”.  

Sosioloq bildirib ki, yeni toy qaydalarında açıq havada toyların keçirilməsiylə bağlı heç bir qayda yoxdur: “Bir neçə gün öncə Prezidentin köməkçisi dedi ki, açıq havada toyların keçirilməsi ilə bağlı müzakirələr gedir. Amma hansısa qüvvə ora daxil oldu və yenə də köhnə üsulla toy keçirməyə qərar verdilər. Bununla yanaşı, orda açıq havada toy keçirilməsiylə bağlı heç bir qayda yoxdur. Bəlkə mən kənddə açıq havada övladıma toy edəcəm və kənd camaatı toyun səsinə yığışıb ora gəlsə, kiminsə insanları cərimələməyə ixtiyarı varmı?! Ona görə yeni qoy qaydası yarımçıq, tələsik və köhnə toy modelini müdafiə edən bir təklifdi. Təbii ki, mənim də münasibətim buna tənqididir. Belə toylarda indiki vaxtda ölkənin ərzaq ehtiyatı israfçılıq edilərək havaya sovrulur. Belə şeymi olar?! Bu toy yox, ölkənin inkişafına ziyan vuran bir şeydir. Bizim İctimai Nəzarət Mərkəzi var və orda bunu müzakirə edib, insanlara da müraciət edəcəyik”.  

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png