ONN İnformasiya Agentliyi

“Qarabağı tərk edən ermənilərə “qaçqın” statusu verilməsi… “- MÜSAHİBƏ

“Qarabağı tərk edən ermənilərə “qaçqın” statusu verilməsi… “- MÜSAHİBƏ
01 Oktyabr 2023 - 23:18

ONN media Ədalət.az-a verilən müsahibəni təqdim edir.

Azərbaycanın Qarabağ İqtisadi rayonunda kök salmış separatizm və terrora qarşı keçirilən antiterror əməliyyatları artıq başa çatıb. Heç bir təzyiq görmədikləri halda Qarabağı könüllü tərk edib Ermənistana üz tutanların sayı isə dayanmaq bilmir.

Baxmayaraq ki, bütün videomateriallarda Qarabağı öz xoşları ilə tərk etdiklərini etiraf edirlər, amma Ermənistan ərazisinə çatdıqdan sonra xislətlərinə uyğun olaraq başqa nağıllar danışırlar. Medianın və sosial şəbəkələrin gücü ilə özlərini “məzlum, yazıq və məcburi köçkün “ kimi qələmə verməyə çalışırlar. Görəsən, Qarabağı könüllü tərk edən ermənilər dünyanın gözünə girib “qaçqın” statusu ala biləcəklərmi?
Bu gün həmsöhbətim hüquqşünas, ekspert Cavid İsmayıl suallarımıza cavab verəcək.


– Hörmətli ekspert, ermənilər 31 il Qarabağı işğalda saxlayıb və dünyanı elə inandırıblar ki, sanki Qarabağ onların “dədə”sindən qalıb. 31 il burda işğalçı adı almadan rahat yaşayıblar, hətta dünyanın humanitar, mənəvi yardımlarını alıblar. Sizə elə gəlmir ki, ermənilər “qaçqın” statusu da almağa bacaracaqlar?


– İlk olaraq nəzərinizə çatdırım ki, Qaçqınların Statusuna dair BMT Konvensiyası 28 iyul 1951-ci ildə Cenevrədə BMT Baş Asambleyasının 14 dekabr 1950-ci il tarixli 429 (V) saylı qətnaməsinə uyğun olaraq çağırılmış Səlahiyyətli Nümayəndələrin Qaçqınların və vətəndaşlığı olmayan şəxslərin statusu ilə bağlı konfransı tərəfindən qəbul edilmiş beynəlxalq müqavilədir və bu müqavilə 1954-cü ilin 22 aprel tarixində qüvvəyə minib.
Bu beynəlxalq müqavilə, “qaçqın” anlayışını və müvafiq statusun verilməsinin əsaslarını müəyyən edir. Qeyd edilən Konvensiyanın müddəlarını sadalamadan qısaca olaraq Qaçqınalr kimlər sayılır qısaca bir nəzər salaq. Qaçqınlar – dini etiqadına, irqi mənsubiyyətinə, vətəndaşlığına, müəyyən sosial qrupa mənsub olmasına və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaqdan əsaslı olaraq qorxduğu üçün vətəndaşı olduğu ölkədən kənarda qalan və həmin təhlükə-qorxu üzündən bu ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən və yaxud müəyyən vətəndaşlığı olmadığı halda öz daimi yaşadığı ölkəsindən kənarda qalan, həmin qorxu üzündən ora qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir.


– Faktlar göstərir ki, Azərbaycan ərazisində dinc erməniyə “gözün üstə qaşın var” deyən olmayıb…

– İndi gələk ermənilərə. Hər birimizə bəllidir ki, Ermənistan tərəfindən Azərbaycanın 20 faiz torpaqları işğal altında olduğu dönəmdə Suriya, Livan, Ermənistan, Rusiya və digər ölkələrdən milliyətcə ermənilər məqsədli şəkildə həmin ərazilərdə  yerləşdirildi və azərbaycanlıların mülklərinə sahibləndilər. Əslində bu faktın özü beynəlxalq cinayətdir. Bu barədə Azərbaycan dəfələrlə beynəlxalq kürsülərdə bu məsələni dünya ictimayyətinin diqqətinə zamanında çatdırmışdır. Hazırda isə işğal dövründə Qarabağa yerləşdirilmiş ermənilər heç bir status
haqqında iddia edə bilməzlər.

Amma 44 günlük Vətən savaşına qədər də, ondan sonra və 24 saatlıq lokal antiterror tədbirindən sonra da Azərbaycan ən yüksək səviyyədə bütün beynəlxalq kürsülərdən dəfələrlə Azərbaycan vətəndaşlığını qəbul edən ermənilərin Azırbaycan Respublikasında yaşaya biləcəkləri haqqında bəyanatlar verilib.
Elə son bir ayda Azərbaycan Qarabağ bölgəsində yaşayan erməni əsilli sakinlərin Azərbaycan Konstitusiyasında və Azərbaycanın iştirak etdiyi bütün müvafiq beynəlxalq insan hüquqları mexanizmlərində nəzərdə tutulmuş hüquq və azadlıqlarını təmin etməklə bərabərhüquqlu vətəndaşlar kimi reinteqrasiya siyasətinin apardığı və eyni zamanda, Azərbaycan bütün bu istiqamətlərə sadiqliyini nümayiş etdirməklə, öz suverenliyini və ərazi bütövlüyünü BMT Nizamnaməsi və beynəlxalq hüququn digər universal sənədləri ilə təmin edilmiş bütün qanuni vasitələrlə müdafiə etmək hüququnu özündə saxlaması haqqında cənab prezident İlham Əliyev bu barədə kifayyət qədər fikir bildirib və Azərbaycan Xarici İşlər Nazirliyi də bu barə də xüsusi mövqe sərgiləyib.


– Amma Ermənistan hazırda bu məsələ üzərindən özünün “təxribat-təbliğat” maşınını işə salıb. Onlar prosesi fərqli məzmunlarda və istiqamətlərdə “izah etməyə” çalışırlar.

– Baxın, indi Laçın keçid məntəqəsindən Ermənistana qayıdan ermənilərin böyük əksəriyyətindən bizim jurnalistlərin aldığı müsahibələrdən də görünür ki, qeyd elədiyim kateqoriyalara uyğun yəni hal hazırda böyük əksəriyyəti Ermənistan və digər xarici ölkələrin işğal altında olan torpaqlarımzda məskunlaşan ermənilərdir.


– Bəs, “DQR vətəndaşı “ olanlarla , yəni, çoxdan – sovet dövründən orada yaşayanlarla necə razılaşacağıq?


– Aydındır ki, “DQR” vətəndaşları faktiki ciblərində qondarma respublikanın “pasportunu” gəzdirirlər. Kimdə qondarma “DQR” pasportları varsa, bu da onların dadına çatmayacaq . Çünki qondarma “DQR” beynəlxalq hüququn subyekti deyil, bu “qurumu” dünyanın heç bir ölkəsi tanımayıb və bu səbəbdən də onlara qaçqınlıq statusu verilməsi beynəlxalq hüquqa ziddir.
Qarabağı tərk edən çox kiçik bir hissə zamanında Azərbaycan vətəndaşı olmuş sonra həmin qondarma “dövlətin” vətəndaşlığını qəbul etmişlərdir. Bütün dünyanın gözü önündə hər birinə hətda bizim hərbiçilər və polislar daxil olmaqla onlara Azərbaycan vətəndaşlığını qəbul edərlərsə yaşıya biləcəkləri barədə məlumatlarda verildi. Bütün bu proseslər müasir zamanda medianın gözü önündə baş verir. Bütün bu sadalanan faktlar onu bir daha göstərir ki, Azərbaycandan gedən ermənilərin heç birinə qarşı yuxarıda “qaçqın” anlayışında nəzərdə tutulan müddəalar yoxdur. Sadəcə bu insanlar müstəqil seçimə malikdirlər və öz seçimlərini edirlər. Doğrudur bizim jurnalistlərə müsahibə zamanı, edilən sorğular vaxtı ermənilərin könüllü tərk etmələrini və bu şəraiti yaratdığına görə Azərbaycana təşəkkürlərini bildirsələrdə bəzi hallarda Ermənistana keçən kimi oranın xəbər portallarına fərqli mövqedə müsahibələr verirlər ki, buna da təbii baxmaq lazımdır. Çünki bunalrın mayası riyakarlıqdan və nankorluqdan yoğrulub.
Lakin dünya və ermənilər bir daha gördülər ki, biz türklər şərəfli millətik. Biz onlar kimi ola bilmərik və olmayacağıqda. Biz şərəfimizi, dəyanətimizi qoruyanıq. Bizim davamız mülki insanlarla deyil.

– Ərtaflı məlumata görə, təşəkkür edirik…

Söhbətləşdi Əntiqə Rəşid

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png