ONN İnformasiya Agentliyi

Yeni aldığım maşınla qürur duyuram- Novruz Aslanov

Yeni aldığım maşınla qürur duyuram- Novruz Aslanov
28 Oktyabr 2023 - 14:12

Paytaxtımız Bakı həqiqətən yüklənib və bunu heç kim inkar etmir. Paytaxtda olan sıxlıq hamımıza bəllidir, tıxaclarda qalan maşınlar ekologiyaya böyük ziyan vurur.

ONN media xəbər verir ki, bu sözləri millət vəkili, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin sədri Novruz Aslanov müsahibəsində deyib.

O bildirib ki, bu yaxınlarda elektromobil alıb:

“İnanın, hər dəfə mən o maşına minib işə gedib-gələndə qürur hissi yaşayıram ki, bu gün mənim minik vasitəm ekologiyaya ziyan vurmadı. Onu da deyim ki, ölkədə və paytaxtda elektromobillərin sayı çoxalıb, hətta 2025 və 2026-cı illərdə əksəriyyət sürücünün elektomobil istifadə edəcəyinə inanıram”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png