ONN İnformasiya Agentliyi

Turan Araşdırma Mərkəzinə təşəkkür edirəm… – Döyüşçü Şamama Quliyeva (Müsahibə)

Turan Araşdırma Mərkəzinə  təşəkkür edirəm… – Döyüşçü Şamama Quliyeva (Müsahibə)
14 Sentyabr 2020 - 11:30

1955-ci ildə Ağdamın Saybalı kəndində anadan olan, 1975-ci ildə ailə qurub və ömür-gün yoldaşını vaxtsız itirən, iki oğul, bir qız anası  olan cəsarətli, qorxmaz qəhraman, güclü  qadın müharibə meydanlarında döyüşçü, daha sonra isə köçkün şəhərciyində məcburi köçkün kimi  həyatına  davam edən Quliyeva Şamama İsa qızı ONN media –nın həmsöhbəti  oldu.

Şamama xanım, bu yaxınlarda Sizi mediadan “Turan Araşdırma Mərkəzi” ib-nin layihəsi olan “Vətən yaşasın” adlı sənədli filmin çəkilişləri zamanı hazırlanmış xəbərdən gördük. layihə çərçivəsində sizinlə çəkliş ediblər. Bu barədə nə deyə bilərsiniz?

-Bəli, ilk olaraq “Turan Araşdırma Mərkəzi”nə öz təşəkkürümü bildirirəm. Bildirirəm ki, belə bir maraqlı və vacib layihə təşkil edərək Vətənin keşiyində duranları, Vətən uğrunda döyüşən insanları, Vətən uğrunda şəhid olan oğul və qızlarımız haqqında sənədli film çəkib insanlara təqdim edirlər. Bu çox lazımlı işdir. Müharibə hələ bitməyib. Hələ əsas döyüş qarşıdadır. Uşaqlarımız vətənpərvər böyüməlidir.

Məni də axtarıb tapdıqları üçün çox təşəkkür edirəm. Bu tək mənə deyil, ümumiyyətlə Vətən uğrunda döyüşən hər bir Azərbaycan qadınına qarşı böyük diqqədir.

Eyni zamanda mənimdə döyüş yolumu lentə aldıqları üçün minnətdaram. Filmdə zəhmət  çəkən  hər  bir  kəsə  minnətdaram. Sağ olusunlar.

Müharibə dövrünə qədər ki, həyatınızdan  danışardınız…

-Mənim özüm  Ağdamın Sayballı kəndində  anadan  olmuşam. Kənd Təsərrüfatı texnikomunun aqronomluğu 1975 –ci ildə  bitirmişəm, məktəbi bitirdikdən sonra müxtəlif vəzifələrdə  çalışmışam: aqronom, poçtalyon və s. Müharibəyə  getməyim ilk  şəhidin  gəlməsindən  sonra oldu. Məktəbin həyətinə  yığışdıq  müharibəyə  getmək  barədə  söhbət  etdilər,  hər  evdən  bir  nəfərin  getməsi  ilə  bağlı  söhbət  oldu.  Mənim  yoldaşımda  rəhmətə  getmişdi, uşaqlarda  balaca  idi amma  mən  getdim,  əvvəlcə  məni  götürmədilər. 836 –cı  saylı  hərbi  hissənin bir  batalyonun rotasına getdim  məni  qəbul  etmədilər,  nə  qədər  cəhd  etdim yenə də  götürmədilər. Sora  “Qatır Məmməd”in  yanına getdim  və  qab  yumağa, yemək  pişirməyə  kömək  etdim  bir  həftə. Orada  qalıb, bir  həftə  kömək  etdikdən  sonra  inandılar  ki,  mən  bu  yoldan  geri  dönən  deyiləm  bundan  sonra  mənə  dedilər  ki  – “Qayıt  gəl,  yanımızda  işlə”.  Qayıtdıqdan  sonra sıravi əsgər kimi  836 –cı  saylı  hərbi hissənin 4  -cü  rotasında  işləməyə  başladım. Üç gündən bir post  dəyişirdi. Mən  ora  gedərkən,  əvəzimə  getmək  istəyənlərdə  oldu,  komandirdə  söylədi ki,  mən  bunu  güclə  aparmıram  amma  israrla  bildirdim  ki,  mən  getməliyəm. Belə  ağır  günlərin  ağrılı-şirinli  günləri,  xoş  xatirələridə  olur.  Kənddə  heç  kim  yox  idi,  bir  evə  bizi  yığmışdılar bir  oğlan  var  idi,  gəlib  yaxınlaşıb  dedi  ki – “Bax gör,  nə  tapmışam… Kətəpəncəri”, məndə  dedim  ki,  Allah  evini  tiksin,  biz  burada  bilmirik öləcəyik  yoxsa  qalacayıq sən  nə  axtarırsan  burada?  Cavab  verib  dedi  – “Yox,  elə  kəndi  gəzirdim”.  Bir  həftə  orada  qaldıq  bizi  dəyişmədilər, sonra  biz  çıxıb  geri  gəldik. Ondan  sonra  biz  bir  daha  ora  getmədik,  sonra  Gülablı  1992 –ci  ilin  sentyabrın 4 –də ermənilər tərəfindən alındı.

Üç uşaq anası olaraq  döyüşmək  istəyi,  çətin  zamanlarda sizi  qorxutmurdumu?

-“Ana Vətən” deyirlər, bala  vətən  demirlər.  Demək  ki, Vətən  baladan da şirin imiş. Mən  bunu  çox soralar  başa  düşdüm, üç  azyaşlını evdə  qoyub  müharibəyə  getmək çox  çətin idi.  Amma  yenə  də  “Ana Vətən”… Mən,  Vətəni  övladlarımdan  üstün  tutub  getmişəm,  qorxsaydım getməzdim.

Ağır  döyüşləri  necə  xatırlayırsız? Bildiyim qədər ilə döyüş yoldaşınız Şahin Hüseynov ağır yaralanarkən onu qospitala apararaq  xilas etmisiz…

-Bəli, bizim  rotamızda  bir  neçə  yaralı  oldu. Ondan  başqa  bir nəfərində  həyatını  xilas etmişdim,  bir  qadının. Əl qranatı atıblar və  bu  zaman bir  neçə  nəfər  yaralandı. Əsgərlərin  yerləşdiyi  yerdə  çay  axırdı Elşən  adlı  oğlan  yaralanmışdı  o biri  tərəfdən  onu  götürüb  maşına  qoyub  apardılar. Rəhmətlik Muxtar vardı  öz  kəndimizdən idi,  çox  yaxşı,  igid  oğlan idi. Uşaqları çağırdı  və rafı çaydan keçirdilər, Döyüş yoldaşımız Şahini keçirdilər bu tərəfə. Mən də  kənddən  çıxım deyə,  məni  maşına  mindirdi və  qapını  örtdü,  kimisə  buraxmadı.  Mən  o  an  elə  bildim ki, Şahin  ölüb. Baxdım  ki,  polislərin  yastığı, adeyalı  vardı. Şahinin rəngi dəyişmişdi,  başının altına qoyulan yastıq  tamamilə qan içində idi,  təmiz  yastıqla dəyişdim. O zaman qospital Zəngişalı kəndində  yerləşirdi,  düşdüm maşından  xəbər  verdim  və   xələfə  qoyub  apardılar. Adını və  soyadını o vaxt  bilməsəm də  onun həyatını  xilas  etdik,  çox  şükür hal-hazırda  yaşayır  və  ailəlidir, övladları var. Belə  xatirələr çoxdur…

Müharibə zamanı  sizdə  və  dostlarınızda döyüş ruhu  necə  idi?

-1992 –ci  ilin  may  ayında demək  olar ki, ermənilər kəndə girmişdi,  keçi  cığırı  deyilən  bir  yer  var  idi. Ermənilər  gəlib  girmişdilər  ora, artıq kəndə  daxil  olmuşdular. Rəhmətlik Şirin Mirzəyev gəldi,  köməyə  gələn hər  kəs  aşağıda  dayanmışdı. Elə  bil,  uşaq atasının  arxasıyca  necə  gedirdisə,  bütün  əsgərlər  onun  arxasıyca  gedirdi. Keçi  cığırı  deyilən yerə  qədər getdik.  Şirin  Mirzəyev  maşından  düşdü,  əlinə  avtomatı  aldı,  bir  tankda  vardı  biz  onlarla  keçdik  keçi  cığırına  və  orada  dayandıq.  Üç  gündən  bir  növbəli  dayandıq.  Bir  gün  günorta  yeməyimizi  yediyimiz  yerdə  Mircəfər  adlı  döyüş yoldaşımız gəlib  dedi  ki,  tez  dağılın.  Ermənilər  əl qranatı  atdılar  amma açılmadı  və  qaçıb  getdilər. Aradan  bir  xeyli  vaxt  keçdi,  saat  6 –da  növbə  dəyişməli  idi,  o  zaman  möhkəm hücum  baş  verdi.  Biz  bilmədik  daha  o  tərəfdə  yaralanan  oldu  ya  olmadı,  orada  olan  istər  qadın,  istər  kişi  hər  biri  qəhraman  idi.  Biz  öz  gücümüzlə  onları  geri  çəkə  bildik  lakin  mənimlə  olan  Mircəfər israrla  getməyimi  istədi  çox  uzaqlaşmamışdım onlardan, onları  qoyub  getmək istəmədim aşağıda dayandım,  bir  neçə Ağdam caamatı  gəldi,  yığışdıq  və  artıq  dayanın  dedilər.  O  biri  postan  Mircəfəri  çağırdılar,  İbrahim  adlı  bir  oğlan  idi.  Yaralı  biri  var  idi.  Mircəfər  ölsədə  onu  atmaq  istəmədi,  çayı  keçdi  və  qayıdarkən  çayı  aşağı  keçib,  xeyli  məsafə qət  etmişdi lakin gücü  çatmayıb,  həmin  zaman  şəhid  oldu. Çox  igid  oğlanlardan  biri idi.

Sizin  rotada  çox  şəhid olub?

-Bir  gündə “Qazançı” əməliyyatında 4  şəhidimiz  olub. Komandirimiz Məmməd Zeynalov, Hümbət, Manaf,  Rəcəb.  Bir  gündə  4 nəfər…

Hansı  şəraitdə şəhid  oldular?

-“Qazançı” əməliyyatı zamanında  baş  vermişdi. Onlardan  ikisi Sayballı  kəndindən  idi. Yanlış  xatırlamıramsa  Manaf leytinat idi,  yenicə  əsgərlikdən  gəlmişdi cavan uşaqdı amma Rəcəb  isə  məcburi  gəlsə  idi belə  döyüşə  bilməzdi  çünki  qəza  nəticəsində ikinci  əlil  idi.  Bir  ay  deyildi  bizimlə bərabər döyüşürdü öz istəyi ilə gəlmişdi elə  o  zaman   şəhid  oldu.  O  gün  kəndimizə  bir  gündə  iki şəhid  gəldi.  Ağdam  Qarabağ  döyüşlərində   ən  çox  şəhid  verib,  altı  mindən  çox. O  cümlədən  bizim  kəndimiz.  Ağdam  alınan  gün  Rafiq  Sadıqovun  başını  kəsdilər,  Alış  Cəfərov  Tərtər  zonasında  şəhid  oldu,  bizim  öz  kəndimizdən.Sizinlə  bir  xoş  xatirə  bölüşmək  istəyirəm,  1992 –ci  ilin  mayın 10 –da  Şüşa  əldən-ələ  keçir, o  zaman  hücum edirlər  ki,  bəlkə  Şüşaya kömək  olalar.  Bir  bizim  batalyon  deyil,  bir  çox  batalyon  yardıma  gəlmişdi.  Nə qədər əsgərlər yerləşmişdi.Bizim kəndimizin  gəncləri  bilirdilər  ki,  bu gün orada  hücum  olacaq.  Kimin  nəyə  gücü  çatırsa, ərzaq  yardımı  edirdilər  ki,  əsgərlər  uzaqdan  gəliblər Şirin  Mirzəyev də  gəlmişdi. Bir həkim  var idi, Fəxrəddin  adında o  zaman  Şirin Mirzəyev  söylədi  ki,  bundan sonra nə əməliyyat olsa ikinci  batalyonun ərazisinə bu  həkimi  aparacam  çünki  bizə  burda  çörəkdə,  çayda  verilir.  Getdilər  və  bir  neçə  kəndi  işğaldan  azad  etdilər  Naxçıvanı  və  bir  neçə  kəndi.  Doğrudur  bir  neçə  yaralılar,  şəhidlər oldu  amma  uğurlu  hücum  oldu.

Şamama xanım, təşəkkür  edirəm zaman  ayırdığınız üçün.

– Qızım, məni axtarıb, tapıb, dərtləşdiyiniz üçün şəxsən Sizə və ONN İnformasiya Agentliyinə təşəkkürümü  bildirirəm.  Sağ olun.

Səidə Seyidova

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png