ONN İnformasiya Agentliyi

Naxçıvanın su ehtiyatları azalıb

Naxçıvanın su ehtiyatları azalıb
7-01-2021, 15:49

Naxçıvan MR-nın orta çoxillik dövr üçün su ehtiyatları 0.872 kubmetr həcmində hesablanıb. Bu, regionun 1978-ci və 1989-cu illərdə hesablanmış su ehtiyatları ilə müqayisədə 21.1% və 40.3% azalma deməkdir. ONN media  bildirir ki, bu barədə AMEA-nın Coğrafiya İnstitutunun illik hesabatında yer alıb.  Qeyd olunub ki, Naxçıvan MR-nın ən iri suarteriyası olan Naxçıvan çayı, xüsusilə onun çoxillik axım məlumatlarına malik Qarababa məntəqəsinə qədərki hissəsi üçün tədqiqatlar xüsusi olaraq aparılıb. Hidroloji ölçmə məntəqəsinin məlumatlarına əsasən, 1940-2015-ci illər ərzində Naxçıvan çayının Qarababa məntəqəsində su sərfi 2.2 dəfədən çox azalıb. 1940-cı illərdə çayın su sərfi 6.12 m 3 /san həcmində idisə, 2000-ci illərdə azalaraq 2.63 m 3 /san-ə düşüb.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png