Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, ötən günlər ərzində yağan yağış nəticəsində respublikanın bəzi çaylarında, xüsusən də, Lənkəran-Astara bölgəsi çaylarında sululuğun artımı müşahidə olunub. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 55-65, Kiçik Qafqazın çaylarında 30-80, Lənkəran-Astara çaylarında 50-70, Naxçıvan Muxtar Respublikası çaylarında 5 faizini təşkil edir.
Departamentdən ONN media -ya bildiriblər ki, oktyabrın 15-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 110 kubmetr olmaqla ongünlük normanın 65 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm saniyədə 167 kubmetr təşkil etməklə ongünlük normanın 99 faizinə bərabər olub.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə edilməyib. Hazırda məntəqədə su sərfi saniyədə 65 kubmetr olmaqla ongünlük normanın 61 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə 101 kubmetr təşkil edərək ongünlük normanın 94 faizinə bərabər olub.
Oktyabrın 15-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım qeydə alınıb. Belə ki, Kür çayının Surra məntəqəsində 6, Salyanda 2, Araz çayının Novruzlu məntəqəsində 7 santimetr artım müşahidə olunub. Lakin suyun səviyyəsi Şirvanda 2, Bankədə isə 1 santimetr azalıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 336 (2017-ci il oktyabrın 15-də 381 sm), Şirvanda 179 (2017-ci il oktyabrın 15-də 273 sm), Salyanda 137 (2017-ci il oktyabrın 15-də 210 sm), Bankədə 167 (2017-ci il oktyabrın 15-də 197 sm), Araz çayının Novruzlu məntəqəsində isə 40 santimetrə (2017-ci il oktyabrın 15-də 108 sm) bərabərdir.



Çaylarda suyun səviyyəsi dəyişdi
Kür çayında vəziyyət necədir?
Kürdə suyun səviyyəsi necədir?
Kür çayında suyun səviyyəsi artdı
Kürdə son vəziyyət necədir? - ETSN
Çaylarda suyun səviyyəsi necədir?
Kürdə suyun səviyyəsi azalıb
Çaylarda hazırki VƏZİYYƏT NECƏDİR?
Çaylarda sululuq səviyyəsi dəyişib
Çaylarda son vəziyyət necədi?
Çaylarda mövcud vəziyyət necədir? - AÇIQLAMA
Çaylarda son durum
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 