Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-150, Kiçik Qafqazın çaylarında 40-90, Lənkəran-Astara bölgəsi çaylarında 10-30, Naxçıvan Muxtar Respublikası çayında isə beş faizini təşkil edir.
Departamantdən ONN media -ya bildiriblər ki, sentyabrın 14-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində üç santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 122 kubmetr olmaqla ongünlük normanın 88 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm saniyədə 70 kubmetr təşkil etməklə ongünlük normanın 50 faizinə bərabər olub.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 68 kubmetr olmaqla ongünlük normanın 75 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə 12 kubmetr təşkil edərək ongünlük normanın 13 faizinə bərabər olub.
Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində üç, Şirvanda iki, Salyanda dörd, Bankədə üç santimetr azalma, Araz çayının Novruzlu məntəqəsində isə bir santimetr artım qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 323 (2017-ci il sentyabrın 14-də 320 sm), Şirvanda 193 (2017-ci il sentyabrın 14-də 181 sm), Salyanda 151 (2017-ci il sentyabrın 14-də 135 sm), Bankədə 186 (2017-ci il sentyabrın 14-də 167 sm), Araz çayının Novruzlu məntəqəsində isə 30 santimetrə (2017-ci il sentyabrın 14-də 58 sm) bərabərdir.



Kürdə son vəziyyət necədir? - ETSN
Kürdə suyun səviyyəsi necədir?
Kür çayında suyun səviyyəsi artdı
Kür çayında vəziyyət necədir?
Çaylarda suyun səviyyəsi dəyişdi
Çaylarda suyun son vəziyyət
Çaylarda suyun səviyyəsi necədir?
Çaylarda hazırki VƏZİYYƏT NECƏDİR?
Çaylarda sululuq səviyyəsi dəyişib
Nazirlikdən BƏD XƏBƏR: Qanıx çayında suyun səviyyəsi...
Çaylarda mövcud vəziyyət necədir? - AÇIQLAMA
Çaylarda son vəziyyət necədi?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 