Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 40-70, Kiçik Qafqazın çaylarında 30-70, Lənkəran-Astara çaylarında 10-40, Naxçıvan Muxtar Respublikası çaylarında isə 5 faizini təşkil edir.
Departamentdən ONN media -ya verilən məlumata görə, oktyabrın 12-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 130 kubmetr olmaqla ongünlük normanın 77 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm saniyədə 145 kubmetr təşkil etməklə ongünlük normanın 86 faizinə bərabər olub.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsi 3 santimetr azalıb. Hazırda məntəqədə su sərfi saniyədə 68 m3/s olmaqla ongünlük normanın 64 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə 81 kubmetr təşkil edərək ongünlük normanın 76 faizinə bərabər olub.
Oktyabrın 12-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Şirvan məntəqəsində 6, Salyanda 8, Bankədə 1 santimetr azalma qeydə alınıb, lakin Surrada və Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsi dəyişməyib.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 331 (2017-ci il oktyabrın 12-də 378 sm), Şirvanda 189 (2017-ci il oktyabrın 12-də 273 sm), Salyanda 133 (2017-ci il oktyabrın 12-də 240 sm), Bankədə 170 (2017-ci il oktyabrın 12-də 217 sm), Araz çayının Novruzlu məntəqəsində isə 36 santimetrə (2017-ci il oktyabrın 12-də 102 sm) bərabərdir.



Kür çayında suyun səviyyəsi artdı
Çaylarda suyun son vəziyyət
Kürdə suyun səviyyəsi necədir?
Kürdə son vəziyyət necədir? - ETSN
Çaylarda suyun səviyyəsi necədir?
Kürdə suyun səviyyəsi azalıb
Çaylarda suyun səviyyəsi dəyişdi
Çaylarda hazırki VƏZİYYƏT NECƏDİR?
Çaylarda sululuq səviyyəsi dəyişib
Çaylarda mövcud vəziyyət necədir? - AÇIQLAMA
Çaylarda son vəziyyət necədi?
Çaylarda suyun səviyyəsi necədir?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 