Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 55-65, Kiçik Qafqazın çaylarında 90-120, Lənkəran-Astara çaylarında 10-30, Naxçıvan Muxtar Respublikası çaylarında isə 5 faizini təşkil edir.
Nazirliyin mətbuat xidmətindən ONN media -ya bildiriblər ki, oktyabrın 26-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 80 kubmetr olmaqla ongünlük normanın 48 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm saniyədə 167 kubmetr təşkil etməklə ongünlük normanın 101 faizinə bərabər olub.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 66,5 kubmetr olmaqla ongünlük normanın 72 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə 62 kubmetr təşkil edərək ongünlük normanın 67 faizinə bərabər olub.
Oktyabrın 26-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, suyun səviyyəsi Kür çayının Şirvan məntəqəsində 2, Salyanda 10, Bankədə 5 santimetr artıb, lakin Surrada 6, Araz çayının Novruzlu məntəqəsində isə 3 santimetr azalıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 333 (2017-ci il oktyabrın 26-da 350 sm), Şirvanda 201 (2017-ci il oktyabrın 26-da 203 sm), Salyanda 147 (2017-ci il oktyabrın 26-da 165 sm), Bankədə 172 (2017-ci il oktyabrın 26-da 179 sm), Araz çayının Novruzlu məntəqəsində isə 40 santimetrə (2017-ci il oktyabrın 26-da 78 sm) bərabərdir.



Kürdə suyun səviyyəsi azalıb
Kür çayında suyun səviyyəsi artdı
Çaylarda suyun səviyyəsi necədir?
Kürdə son vəziyyət necədir? - ETSN
Çaylarda suyun son vəziyyət
Kür çayında vəziyyət necədir?
Çaylarda suyun səviyyəsi dəyişdi
Çaylarda hazırki VƏZİYYƏT NECƏDİR?
Çaylarda sululuq səviyyəsi dəyişib
Çaylarda suyun səviyyəsi necədir?
Çaylarda mövcud vəziyyət necədir? - AÇIQLAMA
Çaylarda son vəziyyət necədi?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 