Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “Qarabağlar Türbə Kompleksinin bərpası və tədqiq olunması haqqında” 2016-cı il iyulun 4-də Sərəncam imzalayıb, bununla bağlı tədqiqat qrupu yaradılıb. Sərəncama uyğun olaraq ötən ildən etibarən Kəngərli rayonunun Qarabağlar kəndindəki türk-islam mədəniyyətinin görkəmli nümunələrindən olan Qarabağlar Türbə Kompleksində bərpa işlərinə başlanıb. ONN media Naxçıvantv.az a istinadən xəbər verir ki, noyabrın 25-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Qarabağlar Türbə Kompleksində olub, bərpa işlərinin gedişi və bundan əvvəl verdiyi tapşırıqların icrası ilə maraqlanıb. Məlumat verilib ki, Əcəmi Naxçıvani memarlıq məktəbinin davamı, memar Əhməd Naxçıvani yaradıcılığının nümunəsi olan dünya əhəmiyyətli abidədə bərpa işləri elmi əsaslarla aparılır. Kompleks türbə, xanəgah və qoşa minarəli baştağdan ibarətdir. Bərpa işləri aparılarkən abidənin tarixi görkəmi olduğu kimi qorunub saxlanılır. Bu günədək türbənin kürsülük hissəsi və kaşılı örtükləri, eləcə də türbənin səthindəki həndəsi ornamentləri xatırladan kitabələr, qoşa minarəli baş tağı və xanəgahı bərpa olunub. Türbənin ətrafında da abadlıq işlərinin görülməsi və yaşıllıqların salınması nəzərdə tutulur. Hazırda ərazidə torpaq işləri görülüb, kompleksə gedən yol genişləndirilib. Ali Məclisin Sədri Qarabağlar türbəsindəki bərpa işlərinin gedişi barədə müvafiq tapşırıq və tövsiyələrini verib.
Qarabağlar Türbə Kompleksində bərpa işləri davam etdirilir



Naxçıvani Əcəmi
Qaz İstismar Xidməti yaradıldı - SƏRƏNCAM
Naxçıvanda yüksək vəzifəyə YENİ TƏYİNAT
Naxçıvana yeni baş nazir təyin olundu
Mehmandarovların malikanəsi bərpa edilir
Vasif Talıbov onları təltif etdi
Naxçıvandakı bağçalarla bağlı SƏRƏNCAM
Naxçıvanın 95 illik yubileyinə dair Tədbirlər Planı təsdiq edilib
Vasif Talıbovdan YENİ TƏYİNAT
Vasif Talıbov İnstitut direktorunu təltif etdi
Naxçıvan Ali Məclisinin sessiyası çağırıldı
Vasif Talıbovdan yeni təyinat
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 