Əcəmi Əbubəkr oğlu Naxçıvani – Azərbaycanın görkəmli memarı, Naxçıvan memarlıq məktəbinin banisi. Əcəmi orta əsr Azərbaycan memarlığına yeni istiqamət vermiş, özünün sənət dühası ilə Səlcuqilər dövrü memarlığının bir qədər ağır və sərt üslubuna böyük incəlik və dinamiklik gətirmiş, Yaxın Şərq memarlığına güclü təsir göstərmişdir Şərqin böyük dühaları ona "Şeyxül-mühəndis" (mühəndislərin başçısı) fəxri adı vermişdilər. Əcəminin yaradıcılığı XII əsrdə qüdrətli Azərbaycan Atabəyləri dövlətinin paytaxtı Naxçıvanla bağlı olmuşdur. Əcəminin yaratdığı ilk məlum abidə Yusif ibn Küseyir türbəsidir. Naxçıvan şəhərinin mərkəzində yerləşən və el arasında "Atababa günbəzi" adı ilə tanınan bu türbə 1162-ci ildə tikilmişdir. Abidənin giriş qapısından soldakı kitabədə memarın adı yazılmışdır: "Bənna Əcəmi Əbubəkr oğlu Naxçıvaninin əməli". Təkcə Azərbaycanda deyil, islam aləmində ən hündür və incə kompozisiyalı türbələrindən sayılan Mömünə xatun türbəsini Əcəmi 1186-cı ildə Naxçıvanın qərb hissəsində ucaltmışdır. El yaddaşında "Atabəy günbəzi" adı ilə qalan bu türbə Atabəy Şəmsəddin Eldənizin arvadı, Məhəmməd Cahan Pəhləvanın anası Mömünə xatunun şərəfinə tikilmişdir. Əcəmi yaradıcılığı Azərbaycan və Yaxın Şərq ölkələri memarlığına böyük təsir göstərmişdir - Marağadakı Göy günbəz (1196), Naxçıvan yaxınlığındakı Gülüstan türbəsi (XIII əsr), Qarabağlar türbəsi (XII-XIV əsrlər), Bərdə və Səlma türbələri (14 əsr), türk memarı Sinanın (XVI əsr) İstanbulda tikdiyi türbələrdə Əcəmi ənənələri yaşayır. 1926-ci ildə Gəncədə Nizaminin məzarı üstündə abidə qoyularkən Əcəmi irsindən istifadə edilmiş, Nizami türbəsi Əcəmi dühası ruhunda tikilmişdir. H. İbrahimovun "Əsrin onda biri" romanı, Kəmalənin "O bizim dağların oğlu idi" pyesi Əcəmiyə həsr edilmişdir. 1976-cı ildə anadan olmasının 850 illiyi geniş qeyd olunmuşdur. Naxçıvan şəhərində Əcəmi Naxçıvaninin büstü ucaldılmışdır. Bakıda Əcəmi Əbubəkr oğlu Naxçıvaninin şərəfinə Bakı metropoliteninin stansiyalarından biri "Memar Əcəmi" adlandırılmışdır.
Naxçıvani Əcəmi



Əcəmi Naxçıvani - dünya şöhrətli memar
Qarabağlar Türbə Kompleksində bərpa işləri davam etdirilir
Möminə xatun
Bakı metrosunda 12 dəqiqə gecikmə yaşandı - NİYƏ?
Metronun bütün stansiyalarının rəisləri dəyişdi
Bakıda bəzi marşrutların hərəkət sxemi dəyişdi - SİYAHI
Möminə Xatun türbəsi ətrafında nə baş verir?
Bu gün Zivərbəy Əhmədbəyovun doğulduğu gündür
16 fevral Zivərbəy Əhmədbəyovun doğulduğu gündür
16 fevral Zivərbəy Əhmədbəyovun doğulduğu gündür
"8 Noyabr" metro stansiyasından YENİ XƏBƏR - FOTO
Metro rəsmisindən pik vaxtda 7 dəqiqəlik gecikməyə CAVAB
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu
Arzumun adından dələduzluq edildi
İlham Əliyev sərəncam imzaladı
Çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ
Fidan Ukraynaya səfərə gedir
Sabahın havası açıqlandı 