ONN İnformasiya Agentliyi

Kəlbəcərdə güclü dolu selə səbəb oldu

Kəlbəcərdə güclü dolu selə səbəb oldu
9-06-2025, 16:17
Bu gün Kəlbəcər rayonuna şiddətli dolu yağıb, nəticədə sel hadisəsi baş verib.

ONN media xəbər verir ki, təbiət hadisəsi əsasən rayonun mərkəzi və bir neçə kəndində qeydə alınıb.
Güclü dolu təxminən 20 dəqiqədən artıq davam edib.
Kənd sakinləri bildiriblər ki, rayon işğaldan azad olunduqdan sonra bu cür şiddətli dolu və sel ilk dəfədir müşahidə olunur. Yağıntının təsiri ilə bir sıra küçə və yolları palçıq və su basıb.
Hadisə nəticəsində ölən və ya xəsarət alan yoxdur, lakin bir neçə fərdi təsərrüfata ağır yağış nəticəsində ziyan dəydiyi bildirilir
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png