Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov noyabrın 29-da Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin yaradılması haqqında sərəncam imzalayıb.
ONN media xəbər verir ki, əlverişli təbii-coğrafi şəraiti və havası, zəngin flora və fauna ehtiyatı olan Şahbuz rayonunun Ağbulaq kəndi dəniz səviyyəsindən 2000 metr yüksəklikdə yerləşir.
Bildirilir ki, kəndin fasiləsiz elektrik enerjisi ilə təmin olunması, təbii qaz xəttinin, telefon rabitəsinin və internetin mövcudluğu, yeni yolun çəkilməsi, məktəb binasının, kənd və xidmət mərkəzlərinin, tibb məntəqəsinin tikilib istifadəyə verilməsi kəndin turizm imkanlarını xeyli artırıb.
Ağbulaqda turizmin inkişafı sahəsində həyata keçirilən tədbirlər 2018-ci ildə də davam etdirilib, kənddəki evlər yenidən qurulub, dam örtükləri və fasadlar yenilənib, turistlərin qəbulu üçün lazımi kommunal-məişət şəraiti yaradılıb, təsərrüfat binaları tikilib. Bundan əlavə kənddə Ağbulaq Xizək Mərkəzinin yaradılmasına başlanılıb.
Naxçıvanın Turizm Departamentinə Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin turist marşrutuna daxil edilməsi və tanıdılması ilə bağlı tədbirlər görmək tapşırığı verilib. (report.az)



Naxçıvanda bir İLK
Vasif Talıbovun külli miqdarda borcu var imiş
İlham Əliyev avtomobil yolunun açılışında (YENİLƏNDİ)
Vasif Talıbov onları təltif etdi — SƏRƏNCAM
Vasif Talıbov bu qurumla bağlı fərman imzaladı
Gürcüstanın Azərbaycanla sərhəddəki planı...
Vasif Talıbov SƏRƏNCAM İMZALADI
Yeni qurum yaradıldı - SƏRƏNCAM
Qaz İstismar Xidməti yaradıldı - SƏRƏNCAM
Vasif Talıbov sərəncam imzaladı
Naxçıvanda Süni Mayalanma Mərkəzi yaradıldı - SƏRƏNCAM
Vasif Talıbov onları təltif etdi
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı 