ONN İnformasiya Agentliyi

Azərbaycanda toy yarımçıq dayandırıldı – Polis müdaxilə etdi

Azərbaycanda toy yarımçıq dayandırıldı – Polis müdaxilə etdi
11 Avqust 2020 - 11:53

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə elan edilən xüsusi karantin rejiminin pozulması hallarının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin  ONN media -ya verilən məlumata görə, Saatlı RPŞ-nin əməkdaşlarının rayonun Dədə Qorqud kəndində keçirdiyi tədbirlər nəticəsində öz evinin həyətində toy məclisi təşkil etməyə çalışan şəxslər müəyyən edilib.

Polis əməkdaşları tərəfindən mərasimin keçirilməsi dayandırılıb. Toyun təşkilatçılığını edən 2 nəfər ev sahibi barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokollar tərtib olunaraq cərimə ediliblər və digərlərinə isə ciddi xəbərdarlıqlar olunub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png