ONN İnformasiya Agentliyi

Bakıdan Qəbələyə qatarla getmək istəyənlərin NƏZƏRİNƏ

Bakıdan Qəbələyə qatarla getmək istəyənlərin NƏZƏRİNƏ
29 Mart 2024 - 12:30

Ramazan bayramı ilə əlaqədar 10-14 aprel tarixlərində Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatarlar hər gün hərəkətdə olacaq.

“Azərbaycan Dəmir Yolları” QSC-dən ONN media-ya verilən məlumata görə, 6 aprel iş günü müəyyən edildiyindən həmin tarixdə Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatar reysləri ləğv edilir. Əvəzində qatar 7 apreldə səhər Bakıdan Qəbələyə, axşam isə Qəbələdən Bakıya yola düşəcək.

Biletləri dəmiryol vağzallarının kassalarından, saytımızdan (www.ady.az) və ya “ADY Mobile” tətbiqi vasitəsilə əldə edə bilərsiniz.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png