ONN İnformasiya Agentliyi

İlham Əliyevin təltif etdiyi şəxslər kimdir?

İlham Əliyevin təltif etdiyi şəxslər kimdir?
24 Yanvar 2024 - 17:08

Prezident İlham Əliyevin sərəncamı ilə Məhərrəm Camal oğlu Əhmədov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

ONN media xəbər verir ki, Məhərrəm Camal oğlu Əhmədov 25 yanvar 1954-cü ildə Bakıda anadan olub.

1971-1977-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsinin ərəb filologiyası bölməsində təhsil alıb. 1975–1976-cı illərdə Misir Ərəb Respublikasında tərcüməçi kimi xidməti ezamiyyətdə olub.

1977–1978-ci illər Azərbaycan Kitabsevərlər Cəmiyyətində təlimatçı vəzifəsində işləyib.

1978–1994-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Nitq mədəniyyəti və Azərbaycan dilinin tarixi şöbələrində baş laborant, kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi vəzifələrində çalışıb.

1997–2005-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Humanitar siyasət şöbəsində məsləhətçi, böyük məsləhətçi vəzifələrində işləyib. 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Humanitar siyasət şöbəsinin müdir müavini vəzifəsinə təyin olunub.

Hazırda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdir müavinidir.

Filologiya üzrə fəlsəfə doktorudur. Rus və ərəb (sərbəst), ingilis və fars dillərini (lüğətlə) bilir.

2-ci dərəcə dövlət müşaviri, əməkdar dövlət qulluqçusudur.

“Dövlət qulluğunda fərqlənməyə görə” və “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)” medalları, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni” ilə təltif olunub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png