ONN İnformasiya Agentliyi

Məşhur fotoqraf 28 il sonra EYNİ YERDƏ: Ölməzdən əvvəl qaşıqla gözlərini çıxarmışdılar

Məşhur fotoqraf 28 il sonra EYNİ YERDƏ: Ölməzdən əvvəl qaşıqla gözlərini çıxarmışdılar
28 Noyabr 2020 - 15:28

Ermənistanın 1992-ci ildə gerçəkləşdirdiyi Xocalı soyqırımından qaçanların sığındığı Ağdamı kamerasının yaddaşına köçürən məşhur azərbaycanlı fotoqraf Reza Deqati 28 il əvvəl eyni məkanda xaritələrini dilə gətirib.

ONN media  xəbər verir ki, “Anadolu” agentliyinə Qarabağ müharibəsində gördüklərindən danışan fotoqraf Ağdamın çox gözəl şəhər olduğunu deyib.

“Hər yerdə ağaclar və əhəmiyyətli binalar vardı. 1992-ci ilin martında şəhərə gəldim və 1 həftə qaldım. O zaman bura çox gözəl şəhər idi. Keçmiş İstanbul kimi idi. İndi isə Xirosimaya oxşayır. O vaxt gələndə qaldığım binanı tapa bilmədim. Yanında böyük qadın heykəli vardı. İndi heç biri yoxdur”.

R.Deqati bildirib ki, Xocalıda qətl edilənlər Ağdam Cümə məscidinə gətirilirdi: “Bir gecədə 600 nəfəri öldürdülər. Öldürülənləri gördüm. Elələri vardı ki, ölmədən əvvəl qaşıqla gözlərini çıxarmışdılar”.

O, 40 ildən çoxdur müharibədən fotolar çəkdiyini, amma dünyanın heç bir yerində belə nifrətlə qarşılaşmadığını dilə gətirib.(publika.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png