ONN İnformasiya Agentliyi

Masallı sakinlərinin DİQQƏTİNƏ

Masallı sakinlərinin DİQQƏTİNƏ
29 Sentyabr 2018 - 16:08

ONN media xəbər verir ki, ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov tərəfindən oktyabrın 3-də Masallı rayonunda vətəndaşların qəbulu keçiriləcəkdir.

Masallı rayonu Heydər Əliyev Mərkəzində (ünvan: Masallı şəhəri, Qarabağ küçəsi, 17) keçiriləcək qəbulda Masallı, Cəlilabad, Yardımlı rayonlarından olan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaqdır.

Vətəndaşlar qəbula Lənkəran regional ədliyyə idarəsi (ünvan: Lənkəran şəhəri, H.Abdullayev küçəsi 15; əlaqə telefonu: (02525) 4-26-72, 4-07-88, (050) 326-99-94), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və [email protected] elektron poçt ünvanı vasitəsilə, eləcə də Masallı rayonu Heydər Əliyev Mərkəzində yazıla bilərlər.

Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.

 

 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png