ONN İnformasiya Agentliyi

Naxçıvanda artıq sürücülər və piyadalar cərimələri POS-terminallarla ödəyə biləcəklər

Naxçıvanda artıq sürücülər və piyadalar cərimələri POS-terminallarla ödəyə biləcəklər
21 Sentyabr 2018 - 20:15

Bu gündən etibarən Naxçıvan Muxtar Respublikasında sürücülər və piyadalar cərimələri POS-terminallar vasitəsilə ödəyə bilərlər.

ONN media xəbər verir ki, bu barədə "MilliKart" MMC-dən Trend-ə məlumat verilib.

"Naxçıvanbank" ASC, "MilliKart" və Naxçıvan MR DIN Dövlət Yol Polisi İdarəsinin birgə həyata keçirdiyi layihə çərçivəsində, Dövlət Yol Polisi (DYP) üzrə cərimələrin ödənişi DYP-yə məxsus avtomobillərdə quraşdırılmış Naxçıvanbankın POS-terminallarında mümkün olub.

Qeyd olunan xidmət çərçivəsində ödənişlər faktiki cərimələr üzrə deyil, eyni zamanda yol hərəkəti iştirakçısının adına qeydiyyatdan keçmiş bütün qanun pozuntuları üzrə həyata keçirilə bilər. Bunun üçün DYP müfəttişi tərəfindən POS-terminalda protokolun identifikasiya etməsi və cihazın ekranında avtomatik əks olunan qanun pozuntusunun ödənişini yol hərəkəti iştirakçısı tərəfindən təqdim edilən istənilən bankın kartı ilə qəbul etməsi kifayətdir.

"Naxçıvanbank" ASC "MilliKart" MMC ilə birgə daimi olaraq bazar iştirakçıları üçün yeni xidmət növlərini təqdim etməklə yanaşı, ölkədə maliyyə xidmətlərindən əlverişli şərtlərlə istifadə imkanı yaradır, eyni zamanda ölkənin ödəniş ekosisteminin inkişafına öz müsbət təsirini göstərir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png