ONN İnformasiya Agentliyi

“Nizami” kinoteatrı sökülür… – Foto

“Nizami” kinoteatrı sökülür… – Foto
28 Oktyabr 2019 - 11:54

Sumqayıt şəhərinin 2-ci mikrorayon ərazisində yerləşən, 1960-cı illərdə tikilmiş və baxımsızlıq ucbatından yararsız vəziyyətə düşmüş “Nizami” kinoteatrı sökülərək yenidən tikilir.

ONN media xəbər verir ki, bu barədə Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Eyvaz Qocayev məlumat yayıb. O bildirib ki, bina ən müasir kino texnologiyası ilə təchiz ediləcək:

“Üç zaldan ibarət olacaq kinoteatr şəhərin 70 illiyi ərəfəsində, yaxın zamanlarda kinosevərlərin ixtiyarına veriləcək. Sumqayıtlıları narahat edən bir məsələ də öz həllini tapacaq. Belə ki, bazar ətrafında yerləşən Azərbaycanın dahi şairi Nizami Gəncəvinin heykəli bundan sonra kinoteatrın qarşısında ucalacaq”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png