ONN İnformasiya Agentliyi

Şabrandakı yanğına görə helikopter cəlb olundu

Şabrandakı yanğına görə helikopter cəlb olundu
17 Avqust 2022 - 17:37

Şabran rayonunda yerləşən “Qalaaltı” İstirahət Mərkəzinin yaxınlığındakı meşəlik ərazidə baş vermis yanğının genişlənməsinin qarşısının alınması və söndürülməsi istiqamətində yanğından mühafizə tədbirləri davam etdirilir.

Bu barədə ONN media-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Yanğının mürəkkəb relyefli dağlıq ərazidə baş verməsi yanğın nöqtəsinə yanğınsöndürmə texnikasının və şəxsi heyətin birbaşa müdaxiləsini imkansız edir. Bu səbəbdən yanğının söndürülməsinə FHN-in 4 ədəd yanğınsöndürmə avtomobilindən başqa bir ədəd helikopteri də cəlb edilib.

Yanğının “Qalaaltı” İstirahət Mərkəzinin ərazisinə keçməməsi üçün Nazirliyin yanğısöndürmə qüvvələri əməliyyat şəraitinə uyğun olaraq operativ qaydada qabaqlayıcı tədbirlər həyata keçirir. “Qalaaltı” İstirahət Mərkəzinin baş verə biləcək yanğından mühafizə edilməsi məqsədilə su hidratlarının effektiv tətbiqi üçün lazımi avadanlıqlar hazır vəziyyətə gətirilib, müdafiə xətləri qurulub.

“Qalaaltı” İstirahət Mərkəzinə yaxın olan meşəlik ərazidə yanğın istiqamətində soyutma işləri davam etdirilir

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png