Qocalar, xroniki xəstəlik daşıyıcıları, işinə görə gün boyu Günəşin altında qalanlar və uşaqlar kəskin istilərin gətirə biləcəyi xəstəliklərə qarşı daha həssas olmalıdır. ONN media xəbər verir ki, yay aylarında qidalanma ilə bağlı lazımi tədbirlər görülməsə, orqanizmdə ortaya çıxan dəyişikliklər və metabolizmlə əlaqəli problemlər daha təhlükəli nəticələr doğura bilər. Doğru zamanda doğru seçimlər etməklə həm yayda ortaya çıxa biləcək sağlamlıq problemlərindən uzaq qala, həm də uzun müddət istədiyiniz pəhriz proqamların başlaya bilərsiniz. Bunun üçün həm bürkülü havalarda sərinlik gətirən, həm də enerji dəyəri yüksək olan qidalara üstünlük verməlisiniz. Hər kilo üçün 30 ml su İlk iş susuzluq hiss emədən si içərək oqranizmin ehtiyacı olan gündəlik maye tələbatını təmin etmək olmalıdır. Buna görə də hər insan malik olduğu hər çəki üçün 30 ml su içməlidir. Məsələn, 60 kq çəkisi olan bir insan gündə 1,8 litr su içməlidir. Bəzən sadəcə susuzluğu yatırmaq üçün deyil, sərinləmək üçün də maye qəbuluna ehtiyac olur. Əslində, ikisini bir arada etmək daha yaxşıdır. Lakin burada şəkərli və qazlı içkilərdən uzaq durmağa diqqət etməlisiniz. Limonlu, pomidorlu sağlam içkilər İçdiyiniz suların qida dəyərini qaldıra bilərsiniz. Məsələn, təzə sıxılmış limon suyundan sərinlədici içki hazırlaya bilərsiniz. Buraya 1 çay qaşığı bal da əlavə etmək olar. Yüksək miqdarda antioksidant və C vitamini deposu olan pomidoru yayda soyuducudan çıxararaq meyvə kimi yeyə bilərsiniz. Pomidorun suyu beləliklə daha faydalı olur. Pomidorun tərkibindəki likopen dəyərli bir antioksidantdır və yaşlanmağı gecikdirir. Buna görə də təzə sıxılmış pomidor suyu həm sərinləməniz, həm də sağlam qalmanız üçün faydalı olacaq. Qəhvə və çay yerinə südlü, darçınlı tox tutan qarışıqlar Son zamanlarda gündə bir neçə dəfə qəhvə içmək dəb halını alıb. Hər gün bir fincan qəhvə içmək enerjinin qorunmasına yardımçı olsa da, isti havalarda çox içmək mümkün deyil. Qəhvə və qara çay sidiksökücü olduğu üçün oqranizmdə mayenin azalmasına gətirib çıxarır. Bunun yerinə 1 fincan soyuq südə iki qaşıq qəhvə və yarım qaşıq darçın əlavə edərək həm soyuq, həm də tox tutan bir alternativ içki hazırlaya bilərsiniz. Darçın faydaları saymaqla bitməyən qidadır. İstər qəhvəyə, istər südə, istərsə də çaya rahatlıqla əlavə edilə bilər. Hətta soyuq çayla da içilə bilər. Yanına qırmızı meyvələrdən və ya şaftalıdan püre şəklində əlavə edərək həm bol lifli, həm də antioksidantr tərkibli metabolizm dostu içki düzəldə bilərsiniz. Probiotiklər qaynağı süd məhsulları ilə alternativlər Yayda bəzən ağır yeməklər yerinə yüngül formada mədəni tox tutmaq daha yaxşı təsir edə bilər. Məsələn, həm proteinlə zəngin, həm də probiyotik qaynağı olan az yağlı qatıqla soyuq xiyar. Bu ikilinin qarışığı həm tox saxlayır, həm də kalorisi az, həm də sərinlədici effekti var. Su və lif deposu olan yemiş və qarpız Qarpız və yemiş kimi sulu meyvələr isti günlərdə əla vasitə ola bilər. Qarpız yüksək miqdarda su və lif tərkiblidir. Toxluq hissi verir və A, C vitaminləri sayəsində halsızlığı aradan qaldırır. Likopen tərkibli olduğu üçün dərinin Günəşdən gördüyü zərərləri yüngülləşdirir. Lakin qarpızı çox yemək artıq çəki də yarada bilər. Dəriniz üçün yaşıl yarpaqlı tərəvəzlər Yayda dərinizi Günəşin zərərli maddələrinə qarşı qoruya biləcək başqa qidalar, əlbəttə, var. Ərik, pomidor, sitrus meyvələri və tünd yaşıl yarpaqlı tərəvəzlər bu qəbildəndir. Karotinoid tərkibli bu tərəvəzlər metabolizm tərəfindən A vitamininə çevrilir və Günəşin zərərli maddələrinə qarşı mübarizə aparırlar. Qısası, bol-bol tünd yaşıl yarpaqlı tərəvəzlərlə pomidorlu təzə salat və meyvə suyu ilə keçirəcəyiniz öyün sizi həm sağlam, həm də enerjili saxlayar. Şirniyyat istəyi üçün şəkərsiz dondurma Şəkərsiz, meyvəli dondurma sərinləməyə çalışarkən qan şəkərini yüksəltmədən şirniyyat həvəsinizi qarşılaya bilər. Lakin çox yeməməkdə fayda var.(publika)
Həm sərinləyib, həm də arıqlamaq istəyənlərin nəzərinə: Bu qidalardan mütləq istifadə edin



Arıqlamaq üçün niyə su içməliyik?
Yayda bu yeməklərdən uzaq durun
Yalnız bu məhsullardan imtina edin və arıqlayın. Mütəxəssis TÖVSİYƏ EDİR
İdman edənlərin qida rasionu necə olmalıdır? - Mütəxəssislərin tövsiyələri
Dietoloqların aldadıcı oyunu...
Gündə nə qədər su içək? - ARAŞDIRMA
Şiddətli istilərdə açıq dərili insanları gözləyən TƏHLÜKƏ
Ürək xəstəliyi olanların nəzərinə - Tanınmış həkimin TÖVSİYƏLƏRİ
Koronavirusdan qorunmaq üçün xüsusi qida var?
Döş xərçəngindən xilas edir, üzdəki qırışları açır - TƏBİİ MÖCÜZƏ
Qışda bu qidalar yeyilməlidir, əks halda... - Həkimdən MƏSLƏHƏT
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 