"Əvvəlki təamların ləzzəti artıq qalmayıb"- hər kəsdən bu sözləri eşidirik. Xüsusən də şirniyyat alarkən alıcılar məhsulların dadından şikayətlənir. Məsələn sovet vaxtı yediyimiz pryaniklər artıq daha ləzzətsiz hazırlanır. ONN media dadlı, yumşaq pryanik reseptini təqdim edir. Pryanik hazırlamaq üçün: 400 qr un, 200 qr xama, 125 qr yumşaldılmış kərə yağı, 125 qr şəkər tozu, 1 paket qabartma tozu və vanil, 2 ədəd yumurta (1i bütöv,digərinin sarısı) lazımdır. Üzərinə isə 1 yumurta ağı və 125 qr şəkər kirşanı istifadə edə bilərsiniz. Pryanikin hazırlanma qaydası heç də çətin deyil. Bir qabda yumurta və şəkər tozunu mikserlə çalıb, üzərinə vanil və yumşaldılmış kərə yağı əlavə edin. Qarışdıraraq xamanı da tökün. Ayrı bir qabda un və qabartma tozunu qarışdırın. Un qarışığını hissə-hissə kütlənin üzərinə ələyib, mikserlə zəif sürətdə qarışdırıb, yumşaq xəmir yoğurun. Xəmirdən balaca kündələr düzəldin. Yağlı kağız sərilmiş soba sinisinə aralıqlarla düzün. Öncədən 180 dərəcə qızdırılmış sobada 20-25 dəqiqə qızaranadək bişirin. Üzəri üçün yumurta ağını şəkər kirşanıyla mikserlə qarışdırın. İsti pryaniklərə fırçayla qlazur çəkib quruması üçün kənara qoyun. Soyuyan pryanikləri nuş edə bilərsiniz.(publika)
Ən dadlı pryanik necə hazırlanır? - QAYDASI



Ən dadlı pryanik belə hazırlanır - RESEPT
Ən dadlı pryanik belə hazırlanır - RESEPT
Şəkər çörəyi necə hazırlanır? - QAYDASI
Ən asan və dadlı keks resepti
Sadə biskvit tortunun hazırlanma qaydası - FOTO
Starbucks Cookie resepti
Çiyələkli keks- RESEPT
Gavalılı pambıq keks resepti
Çiyələklə biskvitli rulet resepti
Çiyələkli keks resepti
Siroplu tortun hazırlanma qaydası
Xırçıldayan bezeli almalı piroq
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 