Bir sıra müasir elmi araşdırmalar sübut edib ki, süni vitaminlərin qəbulu orqanizmə nəinki fayda vermir, əksinə ziyan vurur, hətta bəzi ciddi xəstəliklərin riskini artırır. Belə ki, A vitamininin həddindən artıq qəbulu dəri xərçənginin, C vitaminin normadan artıq miqdarda qəbulu isə qaraciyər və böyrək xəstəliklərinin riskini xeyli artırır. Son elmi araşdırma göstərib ki, B6, B9, B12 kimi vitaminlərin normadan artıq qəbulu ağciyər xərçənginin inkişafına təkan verə bilər. Saglamolun.az Rusiya KİV-lərinə istinadla bildirir ki, siqaret çəkən insanlarda bu risk qat-qat daha böyükdür.
Ekspertlər vurğulayır ki, məsələn, B12 vitamininin gündəlik norması 55 mqr-dır və adi qidalanan insan bu normanı asanlıqla ala bilir. Bəzi vitamin komplekslərində B12-nin miqdarı 1000 mqr (!) çata bilər ki, bu da orqanizmdə B12-nin profisitini (orqanimdə normadan çox olması) yaradır. Mütəxəssislərin sözlərinə görə, bəzi hallarda vitaminin defisiti onun profisitindən daha ziyansızdır. Əslində sağlam insana heç bir əlavə süni vitamin lazım deyil. Normal qidalanan insan bütün lazım olan vitamin və mineralları qidadan asanlıqla ala bilir. Hipo- və xüsusilə də avitaminoz çox nadir pozulmalardır ki, onların inkişafı yalnız bəzi xəstəliklər, aclıq, özbaşına tutulan pəhrizlər zamanı mümkündür. İstənilən halda vitamin və ya vitamin-mineral kompleksi yalnız həkim tərəfindən və yalnız lazım olan müayinələrdən (laborator və s.) sonra təyin olunmalıdır. Bu xüsusilə yaşlı insanlara aiddir. Xaricdə həkimlər yaşlı xəstələrə vitaminləri çox nadir hallarda təyin edirlər.DİQQƏT - Bu vitaminin qəbulu XƏRÇƏNG yarada bilər



Bu vitamin qaraciyəri öldürür
D vitamininin əskikliyi bu xəstəliklərə yol açır
Xərçəngə səbəb olan 4 növ məhsul
Qışda bel ağrılarının səbəbi və asan çarəsi
Çoxlu ət yemək bu orqanı sıradan çıxardır
Çox çay içmək nə üçün ziyanlıdır?
Müalicəvi otlar orqanizmə ziyan vura bilir - DİQQƏT!
Həddən artıq duz bu xəstəlikləri yaradır - DİQQƏT!
Çox çay içmək nə üçün ziyanlıdır?
Bu vitaminin çatışmazlığı psixiki pozulmalara və qanazlığına səbəb olur
Dodaq kənarlarında çatlar, toyuq korluğu, quru dəri... - Sizdə bu VİTAMİN çatışmır
Böyrək xəstələrinin diqqətinə - Bunları heç vaxt etməyin!
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 