Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, gündəlik orta hesabla 5 qram duz orqanizmin ehtiyaclarını ödəmək üçün kifayət edir. Bura sadəcə, süfrədə yeməyə səpilən duz deyil, eyni zamanda sosiska, kolbasa və başqa qablaşdırmalarda olan qidaların tərkibi də daxildir.
ONN media bildirir ki, hər gün qəbul edilən duz miqdarı 5 qram olsa da, bir çox dünya ölkələrində aparılan araşdırmalar fərqli nəticə göstərib. Məlum olub ki, insanlar bu miqdardan təxminən 3 qat daha çox duz istifadə edir. Belə olan halda həddən artıq duz istifadəsi orqanizmdə bir çox xəstəliklər yaradır. 1.Yüksək təzyiq Həddindən artıq duz istehlakının yaratdığı ən vacib problemlərdən biri də qan təzyiqinin yüksəlməsidir. Belə insanlar təzyiqin enməsi üçün dərman qəbul etsə də, duz onun təsirini öldürür. Ona görə də gündəlik duz miqdarını azaltmaq bu cür xəstələrin səhhətində yaxşılığa doğru böyük irəliləyişə səbəb olur. Duz qəbulunun azaldılması şəkər və ürək-damar xəstəlikləri riskini də azaldır. Məsələn, duz qəbulu 10 qramdan 5 qrama düşərsə, ürək-damar xəstəlikləri riski yüzdə 17, şəkər riski yüzdə 23-%-ə qədər azala bilir. 2.Mədə xərçəngi Yüksək miqdarda duz mədə xərçəngi kimi çox ciddi bir xəstəliyin inkişafına səbəb olur. Çünki o zərərli olan helikobakter pylori adlanan bakteriyaların mədəyə ziyan vurmasına gətirib çıxarır. Bədənin başqa yerlərində də xərçəng yaranmasına gətirib çıxarır. Bu səbəblə də duzlu, hisə verilən və turşusu çox olan qidalardan çəkinmək lazımdır. 3.Böyrək çatışmazlığı Duz qan təzyiqini artırmaqla yanaşı, böyrəkdəki kiçik damarların da qan təzyiqinə mənfi təsir edir. Nəticədə, damarlarda deşik əməmlə gəlir və böyrək toxumasına ziyan dəyir. Həddindən artıq duz qəbulunun yaratdığı digər ağır problem sidikdə protein sızıntısına səbəb olmasıdır. Bütün bunların təsiri ilə böyrək daşı meydana gəlir, yaxud da uzun müddətli böyrək çatışmazlığı kimi problemlər yaranır.(axsam.az)Həddən artıq duz bu xəstəlikləri yaradır - DİQQƏT!



Duzdan istifadə qaydaları və ziyanları
Ürək, böyrək, mədə.... - Bu xəstəlikləri yaradan SƏBƏB NƏDİR?
Bunlar stress yaradır - SİYAHI
Tez-tez turşu yeyənlər MÜTLƏQ OXUSUN: Yeməkdən əvvəl...
Yer fındığının inanılmaz FAYDASI: Müntəzəm qəbulu...
Qocalmanı sürətləndirən 5 MƏHSULU tanıyın!
Qida Təhlükəsizliyi Agentliyi: Bu şəxslər energetik içkilərdən qəti istifadə etməsin
Qazlı şəkərli içkilərin orqanizmə zərərləri
Hər gün kolbasa yedikdə orqanizmdə nə baş verir? - Həkimlərdən ŞOK
Qazlı içkilərin zərərləri: "Soyuq için" ona görə yazılır ki...
Enerji içkiləri hansı halda zəhərlənməyə səbəb ola bilər?
Bir gündə nə qədər qarpız yemək olar?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 