İnsan orqanizminə ən faydalı qidalar sırasında süd, bal, yumurta, əncir və s. bir çox qida məhsullarının adını çəkə bilərik. Ayrı-ayrılıqda onların hər biri insan orqanizmini lazımı vitaminlərlə təmin edir. Bəs siz əncirli südün inanılmaz faydalarını bilirdinizmi?
Əncirin insan sağlamlığına möcüzəvi faydaları ilə yanaşı, qurudulmuş ənciri südün içərisində saxlayıb içmək iki qat daha faydalıdır. Yazını diqqətlə oxumağınızı tövsiyə edirəm.
Onn media oxucularına əncirli südün insan sağlamlığı üçün möcüzəvi təsiri haqqında maraqlı faktları təqdim edir:
Əncirlə südün birlikdə qarışımından alınan ləziz qida orqanizmi zəngin vitaminlərlə təmin etməkdən əlavə qəbizlik, öskürək, boğaz ağrısı kimi bir çox xəstəliklərin də qarşısını alır.
Qəbizlik üçün əncirli südü necə istifadə etməli?
Südü qazın üzərində qaynadın. Qaynayan südün içərisinə 3 və ya 4 ədəd əncir qurusu əlavə edib qarışdırın. Əncirlə birlikdə 5 dəqiqə qaynatdıqdan sonra, qarışımı blenderdən keçirin. Pürə halına gəldikdən sonra qatı halda olan qarışımı ilıq vəziyyətdə için. Bu qarışımı həftədə 2 dəfə etməniz kifayətdir. Ən az 1 ay sonra qəbizlik probleminə vida edəcəksiniz.
Öskürək üçün əncirli südün hazırlanma qaydası isə belədir:
Ümumiyyətlə əncir tərkibindəki vitaminlər sayəsində sinəni yumşaldaraq soyuqdəymə zamanı yaranan problemləri aradan qaldırır. Bronxit və öskürək kimi sağlamlıq problemlərində, bəlğəmli öskürək zamanı çox faydalıdır. İki su stəkanı qaynadılmamış (çiy) südün içərisinə 2 ədəd əncir qurusu doğrayın. Qazda 20-30 dəqiqə qaynatdıqdan sonra, isti halda için. Bu qarışımı vəziyyətdən asılı olaraq gün ərzində 2 dəfə qəbul etmək olar.
Əncirli süd qarışımı boğaz ağrısının da birəbir dərmanıdır:
2-3 ədəd əncir qurusunu 2 çay qaşığı balla birlikdə isti suda qarışdırın. Çay əvəzinə gündə 2 dəfə bu qarışımı hazırlayıb içmək boğaz ağrısının təbii dərmanıdır.
Əgər siz ağartı məhsullarından istifadə edə bilmirsizsə, süd içə bilmirsinizsə, qurudulmuş əncir yeyin. Onların tərkibindəki vitaminlər orqanizmi, kalsium, fosforla təmin edir. Gün ərzində 3 ədəd quru əncir yemək tövsiyə edilir.
Quru əncirin MÖCÜZƏVİ FAYDALARI



"Ürəyimizin “dostu" əncir - Kişilər üçün vacib, qadınlara isə...
Təzyiq üçün ən yaxşı meyvə - Əncirin faydaları
Qara əncirin inanılmaz faydaları
Evdə qatıq çalmağın ASAN ÜSULU
Üzə əncir çəkməyin faydaları...
Blinçik xəmiri resepti
İbn Sinanın MÖCÜZƏVİ RESEPTİ
Qan şəkərini tənzimləyir, immuniteti gücləndirir - QARA ƏNCİRİN FAYDALARI
Pendirin orqanizmə faydaları və zərərləri
Südə limon sıxıb bir gecə saxlayın: Təsiri inanlmazdır
Bakıda bu sexdə südün üstündə həşəratlar gəzir - Foto
Süd içmək niyə yuxu gətirir?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 