Artıq 2 aydan çoxdur ki, apteklərdə qəbizlik üçün önəmli olan və bir çox insanın istifadə etdiyi qliserin şamı yoxa çıxıb. Əvvəlki vaxtlarda bu məhsulun depolarda olmadığını, tezliklə gətiriləcəyini düşünən aptek sahibləri və vətəndaşlar 2 aydır, qliserin şamının yolunu gözləyə-gözləyə qalıb.
Milli.Az medicina.az-a istinadən bildirir ki, bazada bu preparat yoxdur, gətirilmir, insanların tələbatına baxmayaraq nə vaxt gətiriləcəyi də məlum deyil. Apteklər sifarişini verib gözləyir.
Qliserin şamı olmadan keçinə bilməyən xəstələrə isə alternativ, lakin başqa adda və daha baha qiymətə şamlar təklif olunur.
Məlumat üçün bildirək ki, qliserin şamı qəbizlik və babasil, bir çox bağırsaq problemləri, xüsusilə uşaqlar və yaşlı adamlar, əməliyyat olunan xəstələr üçün çox vacib bir dərmandır.
Qiyməti də ucuz olduğundan 50 ildən çoxdur, insanların əminliklə istifadə etdiyi vasitədir. Belə bir preparatın bu qədər müddətdir, ölkəyə gətirilməməsi, yaxud apteklərdə satışa buraxılmaması isə kifayət qədər diqqətçəkicidir.
Bu səbəbdən işin mahiyyətini öyrənmək üçün Səhiyyə Nazirliyinə müraciət etdik. Nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirdi ki, rəsmisi olduğu qurum ölkəyə dərman idxalı ilə məşğul olmur:
"Azərbaycana bütün dərman vasitələri sahibkarlar, farmaseptik firmalar və fiziki şəxslər tərəfindən gətirilir. Səhiyyə Nazirliyi ölkəyə dərman vasitələrinin gətirilməsi işi ilə məşğul olmur. Dövlət müəssisələrinə verilən həyati vacib dərman preparatları çatışmadıqda nazirlik olaraq sahibkarlardan tələb edə bilirik. Qliserin şamının niyə gətirilməməsi məsələsi həmin preparatı ölkəyə idxal edən sahibkara bağlı məsələdir. Amma ola bilməz ki, hansısa aptekdə bu şamdan qalmasın".



Azərbaycanda bu dərmanlar yoxa çıxıb - AÇIQLAMA
Koronavirusu məhv edən təbii vasitə TAPILDI
Ev şəraitində ANTİSEPTİK SPREY hazırlayın - Ucuz və effektli VİRUS əleyhinə vasitə
Sami Yusifdən Laçın PAYLAŞIMI
Tanınmış həkimdən ev şəraitində SANİTAYZER resepti - VİDEO
Sami Yusifdən Azərbaycana DƏSTƏK
Sami Yusuf Bakıda
Bahalı gəncləşdirən kremlərə əlvida - 4-5 gün ərzində...
Ev şəraitində antiseptik
40 yaşında iyirmi il gəncləşmək istəyirsiniz? - MÜTLƏQ OXUYUN
Azyaşlı xanəndə səsi ilə Sami Yusifi HEYRAN QOYDU - VİDEO
Marketlərdə SODA niyə yoxa çıxıb?
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 