“Salbutamol” tərkibli aerozol dərmanının ölkəyə idxalı həyata keçirilmir.
Bu sözləri Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Mətin Məcidli astma xəstəliyindən əziyyət çəkən şəxslərin istifadə etdiyi dərmanın apteklərdə tapılmaması haqda danışarkən deyib.
Onun sözlərinə görə, ölkəyə dərman vasitələrinin gətirilməsi Səhiyyə Nazirliyi və onun qurumlarının səlahiyyətləri çərçivəsindən kənardır və əsasən müxtəlif özəl şirkətlər tərəfindən idxal edilir:
“Salbutamol” tərkibli aerozol dərman vasitələri barəsində tərəfimizdən ölkə ərazisində əczaçılıq fəaliyyəti ilə məşğul olan iri topdansatış idxalçı şirkətlərlə şifahi sorğu aparılıb. Sorğu zamanı şirkətlər bildirib ki, dərman vasitəsinin təsiredici maddəsi olmadığına görə istehsalçı şirkətlər tərəfindən sözügedən tərkibli dərman vasitəsinin istehsalında problemlər yaranıb. Bu səbəbdən də hazırda idxalı həyata keçirilmir”.
Mətin Məcidli əlavə edib ki, qeyd olunan dərman vasitəsinin eyni təsirə malik digər ticarət adı olan dərman vasitəsinə dəyişdirilməsi ilə bağlı xəstələrin müalicə həkiminə müraciət etmələri tövsiyə olunur.
Qeyd edək ki, astma xəstəliyindən əziyyət çəkən şəxslərin mütəmadi olaraq istifadə etdiyi “Salbutamol” dərmanı bir neçə aydır ki, ölkəyə gətirilmir. Sonuncu dəfə dərmanın kütləvi satışı dekabrda həyata keçirilib. Hazırda satışda az sayda qalan bu dərman apteklərdə öz qiymətindən (5 manat 40 qəpik) dəfələrlə baha qiymətə satılır.



Səhiyyə Nazirliyindən dərman qıtlığına rəsmi münasibət
Səhiyyə Nazirliyi bu dərmanların satışını qadağan etdi
Dərman bazarındakı qıtlığın səbəbi nədir?
Ölkəyə bu tərkibli dərman vasitələrinin idxalı qadağan edildi
Səhiyyə Nazirliyi rəsmi məlumat yaydı
Dərman vasitəsinin dövlət qeydiyyatı qaydası təkmilləşdirilir - RƏSMİ
Ölkəyə dərman gətirənlərin NƏZƏRİNƏ
Apteklərdə qliserin şamı niyə yoxa çıxıb? - Qəbizliyi olanlar çarəsizdir
Azərbaycanda dərmanlarla bağlı yeni qayda
Azərbaycanda bu dərmandan istifadə qadağan edildi
Bu dərmanlar dövlət qeydiyyatına alınmayacaq - DİQQƏT
Dərman vasitələri satışdan çıxarılıb
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 