Sağlıqlı qidalanmağın ilk şərti süd və süd məhsullarından istifadə etməkdir. Tərkibinə görə tez xarab ola bilən bu qidalar alındıqdan sonra soyuq yerdə mühafizə edilməlidir. Amma bəzən o məhsulları soyuducuda saxlamağımıza rəğmən, yenə də xarab olurlar. ONN media ailem.az -a istinadən sizə süd məhsullarını soyuducuda saxlamağın düzgün qaydalarını təqdim edir.
Əvvəlcə bildirək ki, bu məhsulları saxlamaq üçün soyuducunun temperaturu 4-6 dərəcə arasında olmalıdır. İstifadə etdiyiniz miqdarı ayırıb qalanını plastik olmayan qablarda mühafizə etməlisiniz. Həmçinin soyuducuda saxlayacağınız məhsulları hava ilə təmas etməyən qablara yerləşdirməlisiniz. Soyuducuya geri qoyacağınız məhsul, təmiz və fərqli bir qabda saxlanmalıdır. Məhsullarınızı qətiyyən eyni qabda saxlamayın.
Məhsullarınızın soyuducuda düzülüşünə də diqqət etməlisiniz. Axan qidaları daha diqqətlə mühafizə etməli, hər hansı bir ehtimala qarşı isə ən altda saxlamalısınız. Böyük ölçüdə aldığınız süd məhsullarını örtüyündən çıxararaq mühafizə edin.
Süd
Südü otaq istiliyində qətiyyən saxlamayın. Ağzı açılmış paket südlər soyuducunuzda ən çox 2-3 gün qalmalıdır. Əgər qutu açılmayıbsa, son istifadə tarixinə qədər saxlaya bilərsiniz.
Pendir
Açıldıqdan sonra sellofana bükərək mühafizə edə bilərsiniz. Bütün pendir növlərini fərqli qablarda saxlayaraq ömürlərini uzada bilərsiniz.
Qatıq
Mümkün olduqca qısa zamanda yeyilməli olan qatıq soyuducuda elə saxlanmalıdır ki, hava ilə təması minimum olsun.
Kərə yağı
Kərə yağı digər süd məhsullarına nisbətən daha uzun müddət istifadə edə biləcəyiniz bir qidadır. Adətən şüşə və plastik maddə tərkibi olmayan qablarda mühafizə edilir.
Qaymaq
Qaymağı da qatıq kimi mümkün qədər tez müddətdə yeyib qurtarmaq lazımdır. Soyuducuda elə saxlanmalıdır ki, hava ilə təması minimum olsun.



DİQQƏT- Bu məhsulları soyuducuda saxlamayın
Qidalar soyuducuda necə saxlanılmalıdır? — DİQQƏT!
Yumurtanı soyuducunun qapısında saxlamayın
Çörəyi soyuducuda saxlamağın BİLİNMƏYƏN ZƏRƏRLƏRİ
Yumurtanın düzgün saxlanılma qaydası
Göyərtiləri xarab olmadan saxlamağın ASAN ÜSULU
Qarpızı soyuducuda saxlamaq olarmı? - Zərərləri açıqlandı
Qandonduran olay- 4 uşaq soyuducuda boğulub öldü
Şokoladları qurdlanmaqdan necə qoruyaq?
Vitaminlə zəngin olan tutun faydaları
Pendir alarkən və istehlak edərkən nəyə diqqət etməli?
Qıymanı soyuducuda belə saxlayın
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 