Bayram günlərində yağlı və ağır qidaların, eləcə də şəkərli məhsulların həddindən artıq istehlakı həzm problemlərinə, qan şəkərinin ani yüksəlməsinə, arterial təzyiqin artmasına və çəki probleminə səbəb ola bilər. Xüsusilə paxlava, şəkərbura və qoğal kimi şirniyyatlar yüksək şəkər və yağ tərkibli olduğundan miqdarına diqqət yetirilməlidir.
Bu sözləri açıqlamasında diyetoloq Ceyhunə Yusifova Novruz bayramı günlərində qidalanma qaydalarından danışarkən bildirib.
Diyetoloqun tövsiyəsinə görə, bayram günlərində qidalanma balansını qorumaq lazımdır:
1. Kiçik porsiyalar seçilməli, hər şeydən dadılsa da, ölçü gözlənilməlidir;
2. Şəkərli qidaların miqdarı azaldılmalı, şəkərbura və paxlava məhdud miqdarda yeyilməlidir;
3. Qovurma və yağlı ət əvəzinə, sobada və ya buğda bişmiş toyuq və balığa üstünlük verilməlidir;
4. Süfrədə bol tərəvəz və göyərti olmalı, şəkərli içkilər yerinə su və ya bitki çayları seçilməlidir;
5. Ağır yeməklərdən sonra 15-20 dəqiqəlik gəzinti həzm prosesini asanlaşdırmağa kömək edir.
Novruz süfrəsində plov və dolmanı necə sağlam hazırlamaq olar?
Diyetoloqun sözlərinə görə, plov və dolma Novruz süfrəsinin ayrılmaz hissəsidir. Lakin onların daha sağlam versiyasını hazırlamaq üçün bəzi məqamlara diqqət yetirmək vacibdir:
“Plov – kərə yağını bitki yağı ilə əvəz edin. Kiçik porsiyalar yeyin və yanında bol tərəvəz və göyərti salatı qəbul edin. Əlavə yağlı souslardan çəkinin. Dolma – yağlı qiymə əvəzinə, toyuq əti və ya yağsız mal əti istifadə edin. Qızartmaq əvəzinə qaynadaraq və ya sobada bişirin. Duz miqdarına nəzarət edin, çünki çox duz suyun bədəndə toplanmasına səbəb ola bilər”.
Sağlam və balanslı Novruz süfrəsi üçün nə yeməli?
“Səməni şorbası – həm ənənəvi, həm də faydalı olan bu şorba həzmi asanlaşdırır və immuniteti gücləndirir. Kəvər, şüyüd, keşniş, ispanaq və digər göyərtilər bağırsaq sağlamlığını dəstəkləyir və orqanizmi təmizləyir. Boyanmış yumurta – protein mənbəyi olaraq toxluq hissini uzun müddət qoruyur. Şəkərli desertlər əvəzinə, qoz, fındıq, badam, quru ərik və xurma daha sağlam seçimlərdir”, - diyetoloq bildirib
Bayram günlərində necə qidalanmaq lazımdır?



Səhiyyə Nazirliyindən bayramda qidalanma ilə bağlı vətəndaşlara tövsiyə
Yayda bu yeməklərdən uzaq durun
Yeni kəsilmiş əti dərhal yemək olar?
Bayram şirniyyatlarının kalorisi nə qədərdir?
Novruzda necə qidalanmalı?
Ramazanda düzgün qidalanmağın yolları
Ramazan bayramında necə qidalanmaq lazımdır?
Bayramda paxlava, şəkərbura, qoğal almayın!
Qidalanma ilə bağlı bilmədikləriniz
Oruc tutanlar necə qidalanmalıdır? - VACİB TÖVSİYƏLƏR
Qurban Bayramı ilə bağlı əhaliyə müraciət
Bayram günlərində qatarlar necə işləyəcək?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 