Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “AQTA maarifləndirir” rubrikası davam edir. Rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanma ilə bağlı tövsiyələr, ölkədə qida təhlükəsizliyinin təmin olunması ilə bağlı zəruri məlumatlar oxucuların diqqətinə çatdırılır. AQTİ-nin Qida təhlükəsizliyi şöbəsinin mütəxəssisləri tərəfindən hazırlanmış budəfəki maarifləndirici məqalə Novruz bayramında qidalanma zamanı diqqət etməli olduğumuz məqamlar haqqındadır. Novruz süfrəsini bol çeşidli yeməklərsiz, şirniyyatlarsız təsəvvür etmək mümkün deyil. Ona görə də bayram ərəfəsində qidalanmaya xüsusi diqqət edilməlidir. Bayram günlərində qidalanmada yol verdiyimiz bəzi səhvlər ciddi fəsadlara səbəb ola bilər. Bayram günlərində ilk növbədə qidalanmanın optimal rejiminə əməl etmək lazımdır. Belə ki, gün ərzində 2-3 saatdan bir müəyyən miqdarda qida qəbul etmək məsləhətdir. Bu, toxluğa səbəb olaraq normadan artıq qida qəbulunun da qarşısını alacaqdır. Həmçinin yeməklərin və digər qidaların istifadəsi balanslaşdırılmalıdır. Qidaları qarışdırmamaq və müəyyən həddin gözlənməsi vacib şərtdir. Həddindən artıq yemək mədə-bağırsaq sistemi üçün problemlər yaradır. Düzgün qidalanmanın vacib şərtlərindən biri asta-asta yeməkdir. Çünki doyma siqnalı beyinə 20 dəqiqə ərzində çatır. Asta-asta qidalanma qısa müddətdə doyma hissinin yaranmasına səbəb olur ki, bu da həddindən artıq yeməyin qarşısını almış olur.
Novruzda necə qidalanmalı?



Fındıqda təhlükəli maddə aşkarlandı
AQTA bununla bağlı əhaliyə müraciət etdi
Saxta kərə yağı istehsal edən şirkət aşkarlandı
Ərzaqla bağlı əhaliyə MÜHÜM ÇAĞIRIŞ
AQTA-dan qida zəhərlənmələri ilə bağlı ÇAĞIRIŞ
Dövlət qurumundan sahibkarlara ÇAĞIRIŞ
Dönərxanalarla bağlı yeni layihə həyata keçiriləcək
Qurban bayraml ilə bağlı müraciət edildi
Azərbaycanda azyaşlı çipsdən zəhərlənib? - AQTA-dan açıqlama
Bu vəzifəyə yeni təyinat olub
AQTA-dan xəbərdarlıq: Argentinadan idxala qadağa!
Azərbaycanda görünməmiş iyrənclik: yediyimiz dönərlərin əti burdan gəlirmiş – FOTOLAR
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 