Peyvəndlər uşaqları ağır fəsadlardan, əlillik riskindən qoruyan ən etibarlı və effektiv sağlamlıq tədbirlərindən biridir.
ONN media xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin "Instagram" hesabındakı canlı yayımda nazirliyin K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Səbinə Cəfərova deyib.
Onun sözlərinə görə uşaqlıq dövründə immun sistemi hələ tam formalaşmadığı üçün uşaqlar virus və bakterial infeksiyalara daha həssas olurlar:
"Qızılca, məxmərək, poliomielit, suçiçəyi və hepatit kimi xəstəliklərin qarşısının alınmasında peyvəndlərin rolu böyükdür. Bundan əlavə, peyvəndlər kollektiv immunitetin formalaşmasına kömək edir. Peyvəndlər sayəsində uşaqlar daha az xəstələnir, məktəbə davamiyyət artır və sağlam cəmiyyət formalaşır".
Pediatr qeyd edib ki, peyvəndlər uzun illər aparılan elmi araşdırmalar nəticəsində hazırlanır və ciddi nəzarət altında tətbiq olunur:
"Peyvənddən sonra yüngül qızdırma və ya inyeksiya yerində ağrı kimi hallar müvəqqətidir və təhlükə yaratmır. Peyvənd olunmamağın riski isə bundan qat-qat böyükdür. Bü mövsüm üçün Səhiyyə Nazirliyi tərəfindən təhlükəsiz və yüksək keyfiyyətli qrip əleyhinə vaksinlər Azərbaycana gətirilib və vaksinasiyaya ötən ilin oktyabr ayından etibarən başlanılıb. Qripə qarşı peyvənd bütün yaşayış üzrə ambulator poliklinik xidmət göstərən müəssisələrdə ödənişsiz şəkildə aparılır".



Baş pediatr: "Uşaqlara peyvəndlər mütləq vurulmalıdır"
Yaşı 12-dən çox olan uşaqların vaksinasiyası ilə bağlı vacib açıqlama
"Peyvəndlərdən qorxmaq lazım deyil" -HƏKİM RƏYİ
Uşaqlar arasında virus: nazirlikdən reaksiya
Qızılcaya yoluxma ilə bağlı təhlükəli vəziyyət gözlənilir?
Azərbaycanda qızılca ilə bağlı son vəziyyət necədir?
Səhiyyə Nazirliyindən əhaliyə QIZILCA ilə bağlı müraciət
Uşaqlarını peyvənd etdirməyənlər cərimələnəcək
Bu uşaqları məktəbə göndərməyin - Nazirlikdən xəbərdarlıq
TƏBİB valideynlərə müraciət etdi
DİQQƏT- Əhaliyə pulsuz vaksin vurulacaq
Tanınmış pediatrdan ÇAĞIRIŞ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 