Oruc təkcə dini ibadət forması deyil, eyni zamanda insanın fiziki və mənəvi tarazlığı üçün mühüm vasitə hesab olunur.
ONN media-nın məlumatına görə, müasir araşdırmalar göstərir ki, düzgün qaydada tutulan oruc maddələr mübadiləsinə müsbət təsir göstərir, immun sistemini gücləndirir və ümumi sağlamlığa fayda verir.
Son illər bir çox insan artıq çəkidən azad olmaq üçün də oruca müraciət edir. Bu isə sual yaradır: orucu yalnız arıqlamaq və ya müalicə məqsədilə tutmaq dini baxımdan doğrudurmu?
İlahiyyatçı Fərid Abdullah mövzu ilə bağlı bildirib ki, İslamda orucun əsas mahiyyəti mənəvi saflaşma və Allaha yaxınlaşmaqdır:
"Əgər bir insan yalnız arıqlamaq və ya tibbi faydalar üçün oruc tutursa, bu, ibadət niyyəti olmadığından dini baxımdan oruc sayılmır. Lakin, əgər bir insan həm dini niyyətlə, həm də sağlamlığı üçün faydasını düşünərək oruc tutursa, bu məqbul hesab olunur.
Yəni, əsas məqsəd Allaha itaət və ibadət olmalı, sağlamlıq isə ikinci dərəcəli qazanc kimi görülməlidir. Peyğəmbər (s) buyurmuşdur: "Oruc tutun ki, sağlam olasınız". Qısacası, orucu yalnız arıqlamaq və müalicə məqsədilə tutmaq dini baxımdan ibadət sayılmır. Amma bu məqsədlər orucun əsas niyyəti olan Allaha yaxınlaşma ilə birləşdirilərsə, həm mənəvi, həm də fiziki faydalar gətirə bilər".
Beləliklə, din baxımından əsas olan niyyətdir. Oruc ibadət kimi qəbul olunması üçün onun təməlində Allaha yönəlmək dayanmalıdır. Sağlamlıq və arıqlama isə bu ibadətin əlavə müsbət nəticəsi kimi qiymətləndirilir.



Namaz qılmayan şəxsin orucu qəbul olur?
Bu şəxslərə oruc tutmaq OLMAZ! – Mütləq oxuyun
Oruc tutmağın faydaları nələrdir?
Oruc tutanların diqqətinə- İmsak vaxtı...
1 ay oruc tutan insanın ORQANİZMİNDƏ NƏ BAŞ VERİR?
Bu şəxslərə oruc tutmaq olmaz
Oruc tutmaq koronavirusa qarşı ümmuniteti zəiflədir? – AÇIQLAMA
Türkiyədə Ramazan bayramı təxirə salınır?
Ramazanda müalicə alanların DİQQƏTİNƏ! - Bu hallarda oruc pozulmur
Fətva verildi: Karantində necə oruc tutmaq olar?
Oruc tutan insan bu xəstəliklərdən qorunmuş olur - Alimlərin araşdırması
Oruc tutmağın faydaları nələrdir?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 