Tarif (qiymət) Şurasının 12 mart 2026-cı il tarixində növbəti iclası keçirilib və müvafiq qərar qəbul edilib.
ONN media xəbər verir ki, bu barədə Şura məlumat yayıb.
İclasda yeni dövlət qeydiyyatına alınan 183 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilib, 2 dərman vasitəsinin qiymətinin yuxarı həddi aşağı salınıb və etibarlı təchizatın təmin olunması məqsədilə 30 dərman vasitəsinin qiymətinin yuxarı həddində Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 209 nömrəli Qərarı ilə təsdiq olunmuş Qaydalara və Tarif (qiymət) Şurasının 2015-ci il 21 iyul tarixli Qərarı ilə təsdiq edilmiş Təlimata uyğun olaraq dəyişikliklər aparılıb. Ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiymətlərinin yuxarı həddi təsdiq edilmiş dərman vasitələrinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində yerləşdirilib.
Qərar 16.03.2026-cı il tarixindən qüvvəyə minir. Qərarla Tarif (qiymət) Şurasının rəsmi saytının (www.tariff.gov.az) “Şuranın qərarları” bölməsində tanış olmaq olar.



Tarif Şurasından dərmanların qiyməti ilə bağlı qərar
Tarif Şurası daha 168 dərmanın qiymətini təsdiqlədi
Tarif Şurasından dərmanların qiyməti ilə bağlı qərar
Tarif Şurası qiymətləri təsdiqlədi
Bu dərmanların qiyməti dövlət tərəfindən tənzimlənəcək
Tarif Şurasına yeni səlahiyyət verildi
SON DƏQİQƏ: Ölkəmizdə benzin və dizelin qiyməti bahalaşdı – Rəsmi
"Zeytun" aptekləri ilə bağlı fakt
İctimai nəqliyyatda yeni tarif cədvəli açıqlandı
SON DƏQİQƏ: Tarif şurası təcili iclas keçirdi
Azərbaycanda qazın qiyməti ilə bağlı QƏRAR VERİLDİ
Dərman vasitəsinin dövlət qeydiyyatı qaydası təkmilləşdirilir - RƏSMİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 